USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində 3 oyun keçiriləcək

Martın 9-da keçiriləcək üç oyunla UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinə start veriləcək. Hər üç görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

ASAN Radio UEFA-nın saytına istinadla xəbər verir ki, son yeddi ev oyununda məğlub olmayan Danimarkanın “Kopenhagen” komandası doğma meydanda Hollandiyanın “Ayaks” klubunu qəbul edəcək. Bu, komandaların sayca beşinci görüşü olacaq.

Kiprin APOEL komandası isə evdə Belçikanın “Anderlext” klubu ilə qarşılaşacaq. Bu komandalar indiyədək heç vaxt üz-üzə gəlməyiblər. APOEL Belçika komandaları ilə keçirdiyi dörd görüşün hamısında məğlub olub. Bu matç “Anderlext” üçün də əlamətdardır. Belçika təmsilçisi bu oyunda Avropa liqalarında 250-ci qolunu vura bilər.

Üçüncü görüş isə Rusiyada “Rostov” komandası ilə “Mançester Yunayted” arasında keçiriləcək. “Rostov” ilk dəfə bir ingilis klubu ilə qarşılaşacaq. Rusiya təmsilçisi qitə turnirində keçirdiyi son yeddi oyunun yalnız birində meydanı məğlub tərk edib. “Mançester Yunayted” isə indiyədək Rusiyada keçirdiyi dörd oyunda məğlub olmayıb (bir qələbə, üç heç-heçə). Mançesterlilər indiyədək UEFA Avropa Liqasında çempion adını qazana bilməyiblər.

Səkkizdəbir final mərhələsinin digər beş qarşılaşması martın 10-da oynanılacaq. “Olimpiakos”-“Beşiktaş”, “Gent”-Genk”, “Olimpik Lion”-“Roma”, “”Selta Viqo”-“Krasnodar” və “Şalke”-“Mönxenqladbax” qarşılaşmaları Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!