USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan millisi 2017-ci ildə ilk oyununu qələbə ilə başa vurub

Futbol üzrə Azərbaycan milli komandası 2017-ci ildə ilk yoxlama matçını keçirib.

ASAN Radionun məlumatına görə, Robert Prosineçkinin baş məşqçilik etdiyi kollektiv Qətər yığmasının qonağı olub.

Doha şəhərində "Əl-Sədd" stadionunda baş tutmuş görüş Azərbaycan yığmasının qələbəsi ilə yekunlaşıb - 2:1. Hər 3 qol fasilədən sonra vurulub. 53-cü dəqiqədə Tərlan Quliyev hesabı açıb. Bundan 3 dəqiqə sonra meydan sahibləri bərabərlik qolunu vurub. Lakin 63-cü dəqiqədə Araz Abdullayev oyunda son nöqtəni qoyub.

Görüş FİFA-nın oyunlar üçün rəsmi pəncərəsinə daxil edilmədiyindən, Azərbaycan yığmasının heyətində yalnız Premyer Liqa klublarında çıxış edən futbolçular yer alıb. Xarici komandaların şərəfini qoruyan Ramil Şeydayev, Dmitri Nazarov, Kamran Ağayev, Emin Mahmudov və Dəniz Yılmaz kimi oyunçuların xidmətindən yararlana bilməyən R.Prosineçki Qətərə 3 debütantla yollanıb. Bunlar "Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev, "İnter”in müdafiəçisi Abbas Hüseynov və "Qəbələ”nin yarımmüdafiəçisi Tellur Mütəllimov olub. Onlardan Mütəllimov start heyətində yer alıb.

DÇ-2022-nin təşkilatçısı olan Qətərin yığma komandası ilə görüşü DÇ-2018-in seçmə mərhələsi üçün hazırlıq xarakteri daşıyıb. Çünki Azərbaycan millisi martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda Almaniya yığması ilə qarşılaşacaq. Bu mənada Asiya təmsilçisi ilə yoldaşlıq matçını seçmə mərhələnin vacib oyunu ərəfəsində son sınaq adlandırmaq olar.

Azərbaycan milli komandası bunadək Qətər yığması ilə 1 dəfə - 2013-cü il mayın 29-da qarşılaşıb və 1:1 hesablı heç-heçə edib. Hazırda FİFA reytinqində Qətər 85-ci, Azərbaycan isə 89-cu sıradadır.

Yoldaşlıq oyunu

9 mart

20:00 Qətər - Azərbaycan 1:2

Qollar: Tərlan Quliyev, 52 (0:1), Rodriqo Tabata, 55 (1:1), Araz Abdullayev, 63 (1-2).

Doha. Şeyx Cassim ibn Hamad adına stadion

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!