USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası yeni üç magistr ixtisaslarına qəbul elan edib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) üç yeni magist ixtisasları-İdman Tibbi və Reabilitasiya, İdman Menecmenti və İdman Jurnalistikası üzrə sənəd qəbulunu  elan edir.

ADBTİA-nın tədrisi ingilis dilində olacaq bu ixtisaslar üzrə təhsil almaq  istəyən bakalavrlar, Dövlət İmtahan Mərkəzinin magistr imtahanının yalnız birinci mərhələsini keçməli və Mərkəz tərəfindən birinci mərhələ üçün müəyyən edilmiş müsabiqə şərtlərini ödəməlidirlər.

Nəzərinizə çatdırırıq ki, bakalavrlar qəbul imtahanının ikinci mərhələsi əvəzinə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər. Bununla yanaşı, bu ixtisasları seçən bakalavrlar  TOEFL IBT (minimum 83 bal) və ya IELTS (minimum 6.5 bal) test nəticələrini  təqdim etməlidirlər.

Xatırlatmaq istəyirik ki, İdman Tibbi və Reabilitasiya, İdman Menecmenti və İdman Jurnalistikası üzrə magistr ixtisaslarına ərizələrin qəbulu internet vasitəsi ilə Dövlət İmtahan Mərkəzinin internet səhifəsində (http://www.tqdk.gov.az) 2017-ci il martın 10-dan 17-dək aparılır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!