USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakı 2017 Oyunları Xəzərdən başlayan səyahətin marşrutunu bəyan edir

Bu gün Bakı 2017 İslam Həmrəyliyi Oyunları, 12 may tarixində Bakı Olimpiya Stadionunda keçiriləcək Açılış Mərasiminin təşkili üçün Azərbaycanın 15 bölgəsinə səfərdən öncə 5 aprel tarixində Dağ Salnamə Muzeyində start verilən Xəzərdən başlayan səyahət marşrutunu elan etdi.

İslam aləmində həyat mənbəyi, şəffaflıq və təmizlik simvolu olan Su Xəzərdən başlayan səyahət turunun əsas mövzusudur. Layihə çərçivəsində Azərbaycanın su bölgələrini təmsil edən 16 uşağın hər biri, Bakı 2017 Su Səhəngi ilə Xəzər dənizindən su götürəcək və öz döğma şəhər və evlərinə aparacaqlar. Bununla, Bakı 2017 IV İslam Həmrəyliyi oyunları Xəzər gözəlliyindən, sevgisindən və paklığından hər evə bir pay verəcək.

37 gün ərzində 3,000 km-dən artıq bir məsafənin qət olunacağı səyahət turu, Xəzər dənizindən başlayaraq, Azərbaycan ərazisində mövcud olan 15 su yerlərində keçiriləcək. Səyahət zamanı bu yerlərdən toplanan su 12 may tarixində baş tutacaq Açılış Mərasiminin bir hissəsi olacaq.

Bu münasibətlə keçiriləcək hər bir su mərasimi axşam su festivalı ilə müşayiət olunacaq. Xəzər dənizinin suyu ilə doldurulmuş Bakı 2017 səhəngləri nümayişi zamanı, tədbirə pulsuz şəkildə təşrif buyuracaq hər bir vətəndaş, Azərbaycan musiqisindən, rəqslərindən zövq alıb, su effektlərinin yaratdığı gözəlliyi, eyni zamanda aətşfəşanlığı izləmək imkanı qazanacaq.

Başlanğıcını Xəzər dənizindən götürərək, bütün Azərbaycanı əhatə edəcək marşurutun önəmindən bəhs edən təşkilat komitəsi, ölkəmizin tarixini, mədəniyyətini, adət və ənənələrini nümayiş etdirmək üçün bu layihənin əvəzsiz rol oynadığını bildirib.

Qeyd olunub ki, may ayının 12-22 tarixlərində ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi oyunlarına təşrif buyuracaq hər bir ölkə nümayəndəsi Azərbaycandan ən xoş xatirələr ilə ayrılacaq. Təşkilat Komitəsi bildirib ki, xalqımızın qonaqpərvərliyi, tarixi və mədəniyyətinə olan sevgisi hər kəsə yaxşı bəllidir. Məhz oyunlar öncəsi regionlarımızı əhatə edəcək səyahət, onların özəlliklərini, adətlərini, tarixini, bir sözlə, Azərbaycan gözəlliklərini bütün dünyaya nümayiş etdirəcək.

Qeyd edək ki, Azərbaycan dəmirdöymə sənətinin incisi Bakı 2017 Su Səhəngləri, 3 ölçüdə hamar və döymə misdən hazırlanmışdır və ənənəvi islam dünyası səhənglərinin dizaynını özündə təcəssüm etdirir.

Xəzərdən başlayan səyahət aşağıdakı məkanlarda keçiriləcək: 5 aprel- Bakı; 7 aprel-Naxçıvan; 9 aprel-Astara; 11 aprel-Şirvan; 13 aprel-Sabirabad; 15 aprel-Ağcabədi; 17 aprel-Horadiz (Fizuli); 19 aprel-Gəncə; 21 aprel-Şəmkir; 23 aprel-Mingəçevir; 25 aprel-Qax; 27 aprel-Qəbələ; 29 aprel-Qusar; 1 may-Quba; 3 may-Qaradağ; 5 may-Sumqayıt.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!