Çempionlar Liqasında 1/8 finalın daha iki görüşündə cavab matçları oynanılıb. ASAN Radionun məlumatına görə, qarşılaşmalar İtaliya və İngiltərədə baş tutub.
İlk görüşdə səfərdə “Porto”nu məğlub etmiş “Yuventus” növbəti oyunda da qələbəyə sevinib. Turində keçirilmiş oyunda meydan sahibləri minimalhesablı qələbəyə seviniblər. Dibalanın ilk hissənin sonlarında penaltidən vurduğu qol matçda yeganə olub. Azlıqda qalan "Porto"nun ümumilikdə 3:0 hesabını dəyişməyə gücü çatmayıb.
Bu oyunla müqayisədə günün digər qarşılaşması daha gərgin mübarizə vəd edirdi. İngiltərə çempionu “Lester” İspaniyada məğlub olduğu “Sevilya”nı doğma meydanda büdrətməli idi. Bu işdə ingilislərə səfərdə vurulan qol da kömək ola bilərdi. Hadisələr isə plana uyğun gedib. Premyer Liqadakı uğursuzluqlardan sonra Klaudio Ranyeri ilə yolları ayıran "tülkülər" Avropanın ən nüfuzlu klub turnirində yoluna davam etməyə nail olub. Rəqibinin qapısından iki cavabsız top keçirən komanda adını növbəti mərhələyə yazdırıb.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!