USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Heydər Əliyev Beynəlxalq Hava Limanı postsovet məkanında ən yaxşı hava limanı adına layiq görülüb

Heydər Əliyev Beynəlxalq Hava Limanı nüfuzlu "Skytrax World Airport Awards" mükafatına layiq görülüb.

Bakı hava limanı Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edir.

Mükafatın təntənəli təqdim olunması mərasimi martın 14-də Amsterdamda keçirilib.

"The World Airport Awards" mükafatı hava limanı sənayesi üçün hava limanı müştərilərinin məmnuniyyətinin illik qlobal inspeksiyası zamanı sərnişinlər tərəfindən tanınan ən nüfuzlu qiymətləndirmə hesab olunur. Skytrax tərəfindən keçirilən və 550 hava limanı arasında sərnişinlərə xidmət və şəraiti qiymətləndirən hava limanlarının qlobal inspeksiyası dünya hava limanı sənayesi üçün keyfiyyət etalonu sayılır. İnspeksiya və mükafat hava limanının nəzarəti və müdaxiləsindən asılı deyil, və buna görə də, hava limanının mükəmməlik və keyfiyyəti üzrə obyektiv göstəricidir.

2017-ci il mükafatları inspeksiya dövründə keçirilən 105 ölkədən 13,82 milyon sərnişinin iştirak etdiyi sorğunun nəticələrinə əsasən təqdim edilir. Bütün dünya üzrə 550 hava limanını əhatə edən və hava limanının səyahətçilər üçün müxtəlif xidmətlərini və əsas fəaliyyət göstəricilərini - qeydiyyat, gəliş, transfer, alış-veriş, təhlükəsizlik, immiqrasiya və s. qiymətləndirən inspeksiya 2016-cı ilin iyul ayından 2017-ci ilin fevral ayına kimi keçirilib.

Onu da qeyd edək ki, 2015-ci ildə Heydər Əliyev Beynəlxalq Hava Limanı Skytrax-ın nüfuzlu "4 ulduz" reytinqinə layiq görülmüşdür və bir daha bu yüksək səviyyəyə layiq olduğunu sübut etmişdir. Bu günədək dünyada yalnız 37 hava limanı bu reytinqə layiq görülüb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!