28/05/2017 05:00

Valyuta USD EUR RUB TRY
Kurs 1.7021 1.9133 0.0302 0.4785


Gündəm

İtaliya prezidenti və Britaniyanın baş naziri Bakı Forumuna təbrik ünvanlayıblar


16.03.2017   11:19


V Qlobal Bakı Forumunun açılışında İtaliya prezidenti Serjio Mattarella və Böyük Britaniyanın baş naziri Tereza Meyin müraciətləri oxunub. 

ASAN Radionun məlumatına görə, İtaliya prezidenti müraciətində mədəniyyətlərarası dialoqun çox vacib olduğunu vurğulayıb. S. Mattarella bu sahədə təşəbbüslərin artırılmasını vacib sayıb və V Qlobal Bakı Forumuna uğurlar arzulayıb. 

Böyük Britaniyanın baş naziri Tereza Mey isə müraciətində xatırladıb ki, Qlobal Bakı Forumunu 5-ci dəfədir keçirir: “Azərbaycanla Böyük Britaniyanın diplomatik münasibətlər qurmasının 25 ili tamam olub. Biz Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyirik. V Qlobal Bakı Forumuna uğurlar arzulayıram”.




Xəbər lenti

27 May





ASAN Radio telefonunuzda
Facebook