26/03/2017 15:10

Valyuta USD EUR RUB TRY
Kurs 1.7202 1.8529 0.0298 0.4748


Mədəniyyət

Əbülfəs Qarayev: Bakı Şopinq Festivalı aprelin 10-dan fəaliyyətə başlayacaq


16.03.2017   11:40


Ölkəmizdə sahibkarlığın inkişafına, eləcə də Azərbaycanın turizm gəlirlərinin artmasına xidmət edəcək Bakı Şopinq Festivalına indidən bir çox ölkələrdə maraq yaranıb. Belə ki, Rusiya, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Oman, Bəhreyn, İran, Türkiyə, Gürcüstan və digər yerlərdən ölkəmizə turist və müştəri axını gözlənilir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli Sərəncamı bu sahənin gələcək inkişafı üçün yeni mərhələ açır.

ASAN Radio xəbər verir ki, bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Şopinq Festivalına həsr olunmuş mətbuat konfransında səsləndirib. O bildirib ki, Sərəncama əsasən həyata keçiriləcək tədbirlərdən biri də paytaxtda şopinq festivallarının təşkilidir. Bu il festival aprelin 10-dan mayın 10-dək davam edəcək.

Ə.Qarayev iqtisadiyyatımızın qeyri-neft sektorunda prioritet istiqamətlərdən biri olan turizmin inkişafı üçün son illər dövlətimiz tərəfindən mühüm işlərin görüldüyünü bildirib. Festivalın təşkilinin Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edildiyini deyən nazir vurğulayıb ki, Büro festivalın yüksək səviyyədə, səmərəli keçirilməsi üçün öz peşəkar mütəxəssisləri və işçi heyəti ilə bayram və istirahət günlərində də gərgin iş rejimində çalışır.

Diqqətə çatdırılıb ki, festivalın rəsmi internet saytı olan www.bakushopfest.com saytı Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində fəaliyyətə başlayıb.




Xəbər lenti

26 Mart
25 Mart
24 Mart







ASAN Radio telefonunuzda
Facebook