USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İlham Əliyev: "Azərbaycanda əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədi ilə kompleks tədbirlər həyata keçirilir"

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən Dünya Su Şurası İdarə Heyətinin 61-ci toplantısının iştirakçılarına müraciət edib.

ASAN Radio xəbər verir ki, müraciəti Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədov oxuyub.

Müraciətdə deyilir: "Bakıda keçirilən Dünya Su Şurası İdarə Heyətinin 61-ci toplantısının açılışı münasibəti ilə hər kəsi salamlayır, tədbirin işində uğurlar arzulayıram. İdarə Heyətinin növbəti toplantısını, eləcə də 8-ci Dünya Su Forumunun beynəlxalq aparıcı komitəsinin dördüncü iclasının regionda ilk dəfə Bakı şəhərində təşkili təqdirəlayiq hadisə olub beynəlxalq aləmdə Azərbaycana göstərilən yüksək etimadın nümunəsidir.

Hazırda dünyada qlobal su çatışmazlığı problemlərinin kəskinləşdirilməsi, su resurslarından səmərəli istifadə və su ehtiyatlarının inteqarsiyalı idarə olunması, transsərhəd su resurslarının istifadəsi və qorunmasında birgə əməkdaşlığı zəruri edir. Ölkənin bu sahədə qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Azərbaycanda əhalinin keyfiyyətli içməli su ilə davamlı təmin edilməsi, insanlara göstərilən sanitariya xidmətlərinin yaxşılaşdırılması məqsədi ilə kompleks tədbirlər həyata keçirilir. Yeni texnologiyalara əsaslanmaqla icra olunan içməli su və kanalizasiya layihələri əhalinin sağlamlığının qorunmasına, həmçinin ekoloji təhlükəsizliyin təmin edilməsinə xidmət göstərir. Ölkəmizin dünya su sektorunda nüfuzlu təşkilatlardan sayılan Dünya Su Şurasında təmsil olunması bu sahədə əlaqələrin genişləndirilməsi və qarşıya çıxa biləcək problemlərin birgə səylərlə aradan qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir. 

Ümidvaram ki, toplantı beynəlxalq miqyasda su ehtiyatlarından, transsərhəd su mənbələrindən səmərəli və inteqrasiyalı istifadə ilə bağlı aktual məsələlərin birgə həllindən, qarşılıqlı faydalı əməkdaşlığa və perspektiv fəaliyyət istiqamətlərinin nümayəndələrinə öz töhfəsini verəcək".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!