USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Şurada aprel şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında aprel döyüşlərində şəhid olan hərbiçilərimizin Bakı və Sumqayıt şəhərlərində yaşayan ailə üzvləri ilə görüş keçirilib.

Toplantıda çıxış edən Şura sədri, deputat Azay Quliyev ölkə prezidenti cənab İlham Əliyevin aprel şəhidlərinin şücaətini yüksək qiymətləndirdiyini və onu tarixi qəhrəmanlıq adlandırdığını deyib. Bu günki görüşün cənab prezidentin aprel şəhidlərinin əziz xatirələrinin və ailələrinin daim yüksək diqqətdə saxlanılması ilə bağlı tapşırığının Şura olaraq icrası məqsədi ilə keçirildiyini vurğulayıb. Azay Quliyev Ermənistanla atəşkəsin elan olunduğu 23 il ərzində ilk dəfə olaraq işğal altında olan torpaqlarımızın bir qisminin məhz Ali Baş Komandanın əmrlərini böyük qəhrəmanlıqla icra edən ordumuzun, xüsusi ilə aprel şəhidlərinin şücaəti sayəsində düşməndən azad olunduğunu bildirib: “Sizin övladlarınız aprel döyüşlərinin qəhrəmanlarıdır. Bu qəhrəmanlar və həmin həlledici günlərdə ayağa qalxaraq ordusu ilə birgə olduğunu göstərən, cəbhəyə axışan xalqımız dünyaya göstərdi ki, biz torpaqlarımızı düşmən işğalından azad etməyə qadirik. Müəyyən dairələrin Azərbaycana qarşı istifadə etməyə çalışdığı “uduzmuş tərəf” sindromunu da məhz aprel döyüşlərinin qəhrəmanları aradan qaldırdılar. Bu gün yalnız siz deyil, bütün xalqımız aprel şəhidləri ilə qürur duyur.”.

Görüşdə çıxış edən Şura üzvü, “Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli dövlətin şəhid ailələrinə, o cümlədən aprel döyüşlərində şəhid olan hərbiçilərimizin ailələrinə olan dövlət qayğısından, onların adlarının əbədiləşdirilməsi üçün atılan addımlardan danışıb və Şuranın bu istiqamətdə gördüyü işlər barədə məlumat verib.

Görüşdə çıxış edən aprel şəhidlərinin valideynləri torpaqlarımızın işğaldan azad olunması üçün hər an vuruşmağa hazır olduqlarını qeyd ediblər. Onlar həmçinin övladlarının adlarının əbədiləşdirilməsi üçün əlavə tədbirlərin görülməsi haqqında fikirlərini çatdırıblar.

Şura sədri Azay Quliyev hər zaman şəhid ailələrinə diqqət göstərilməsinin vəzifə borcları olduğunu deyib və görüşdə səsləndirilən təkliflərin araşdırılması və aidiyyatı qurumlara təqdim olunması üçün müvafiq addımların atılacağını bildirib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!