Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri İnam Kərimovla görüşüb.
DGK Mətbuat Xidmətinin məlumatına görə, tərəflər "ASAN xidmət" mərkəzləri vasitəsilə həyata keçirilən gömrük xidmətlərinin artırılması məsələlərini müzakirə ediblər. Görüşdə “elektron bəyanetmə”, “elektron ilkin bəyanetmə”, XİF iştirakçılarına idxal-ixrac əməliyyatları barədə rəsmi arayışların, müvəqqəti idxal olunan yüngül minik avtomobillərinin vaxtının uzadılması ilə bağlı müvafiq xidmətlərin bundan sonra komitə ilə yanaşı, "ASAN xidmət" mərkəzləri vasitəsilə də həyata keçirilməsi barədə məsələlər müzakirə olunub.
Bundan başqa, tərəflər gələcəkdə "ASAN xidmət" mərkəzlərində DGK-nin informasiya köşklərinin quraşdırılması barədə də razılıq əldə ediblər.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!