USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva iranlı nazirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Martın 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

ASAN Radio AZƏRTAC-a xəbər verir ki, qonaqları Azərbaycanda salamlayan Birinci vitse-prezident Mehriban Əliyeva ölkələrimiz arasında əlaqələrin bir çox sahələri əhatə etdiyindən və bu əlaqələrin qarşılıqlı hörmət əsasında qurulduğundan şad olduğunu bildirdi. Azərbaycan ilə İran arasında münasibətlərin tarixi köklərə əsaslandığını deyən xanım Mehriban Əliyeva Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasında bir çox sənədlərin imzalandığını diqqətə çatdırdı. Qeyd etdi ki, Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri əlaqələrimizin ən yüksək səviyyədə olduğunu nümayiş etdirir. Bir çox sahələrdə qurulan əlaqələrdən danışan Azərbaycanın Birinci vitse-prezidenti humanitar sahədə əməkdaşlıq üçün daha geniş imkanların olduğunu da söylədi və bu əməkdaşlığa dəstəyini verməyə hazır olduğunu vurğuladı.

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik etdi, onun İran-Azərbaycan əlaqələrinin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliyini vurğuladı. Mahmud Vaezi xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətindən məlumatlı olduğunu bildirdi, Fondun gördüyü işləri yüksək qiymətləndirdi. Ölkəmizdə Novruz əhval-ruhiyyəsinin şahidi olduğunu deyən qonaq Azərbaycanda bu bayramın böyük təntənə ilə qeyd edildiyini söylədi və bayram münasibətilə təbriklərini çatdırdı.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!