USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
IX sinif şagirdləri üçün növbəti buraxılış imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) Bakı (xüsusi məktəblər), 28 şəhər və rayonda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirir. 

ASAN Radionun məlumata görə, imtahan saat 11:00-da başlayıb.

İmtahanların keçirilməsi üçün ümumilikdə 96 imtahan mərkəzi ayrılıb.

Bu gün 9-cu sinif buraxılış imtahanının birinci mərhələsində 35012 (Yasamal rayonunda 251, Səbail rayonunda 216, Xətai rayonunda 20, Xəzər  rayonunda 109, Nərimanov rayonunda 15, Sabunçu  rayonunda 209, Nəsimi rayonunda 54, Qaradağ rayonunda 37, Nizami rayonunda 42, Pirallahı rayonunda 10, Gəncə şəhərində 3292, Daşkəsəndə 294, Şəmkirdə 2489, Göygöldə 915, Samuxda 687, Gədəbəydə 882, Qazaxda 975, Ağstafada 899, Tovuzda 2059, Şamaxıda 1000, Mingəçevirdə 1180, Naftalanda 80, Goranboyda 1363, Yevlaxda 1344, Şəkidə 1982, Zaqatalada 1379, Balakəndə 908, Qəbələdə 1357, Qaxda 615, Oğuzda 570, Göyçayda 1272, Ağdaşda 1256, İsmayıllıda 1039, Qubada 1942, Qusarda 1096, Xaçmazda 2017, Şabranda 675, Siyəzəndə 482 nəfər) şagirdin iştirakı nəzərdə tutulub.

İmtahanların idarə olunmasına ümumilikdə 248 imtahan rəhbəri, 2915 nəzarətçi‑müəllim ayrılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!