USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan Prezidenti: “Bizim müstəqil siyasətimiz qürur mənbəyimizdir”

Azərbaycanda təhlükəsizlik təmin edilib, xalqımız rahat şəraitdə, təhlükəsizlik şəraitində yaşayır. Qurub-yaratmaq üçün bütün imkanlar var. İndiki dövrdə həm bölgəmizdə, həm Avrasiya qitəsində vəziyyət əfsuslar olsun ki, gərginləşib. Biz əlbəttə ki, ölkəmizdə mövcud olan təhlükəsizliyi daha da möhkəmləndirməliyik. Azərbaycanda daxili risklər, təhlükələr demək olar ki, yoxdur. Xarici risklərdən isə biz özümüzü qoruyuruq. Biz özümüzü həm fiziki risklərdən, həm mümkün olan ideoloji risklərdən qoruyuruq”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirakı zamanı çıxışında bəyan edib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan xalqı 25 il ərzində iqtidarın siyasətinin ən ən düzgün siyasət olduğunu açıq-aydın görür. “Biz öz taleyimizin sahibiyik. Biz siyasətimizi özümüz müəyyən edirik. Biz hər hansı bir kənar təsirə davam gətirə bilirik və yaxın tarix bunu göstəribdir. Eyni zamanda, yaxın tarix onu da göstərib ki, biz əgər hansısa kənar qüvvənin istəyi, diktəsi ilə hərəkət etsəydik, böyük problemlərlə üzləşə bilərdik.

Mən dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, bizim müstəqil siyasətimiz qürur mənbəyimizdir. Bu, onu göstərir ki, Azərbaycan xalqı öz gələcəyini özü müəyyən edir. Eyni zamanda, müstəqil siyasətimiz bizi mövcud olan risklərdən də qoruyur. Hələ 5-6 il bundan əvvəl yaxın bölgələrdə vəziyyət tam başqa idi. Heç kim təsəvvür edə bilməzdi ki, bu bölgələrdə münaqişə, müharibə ocaqları yaranacaq, yüz minlərlə insan həlak olacaq, milyonlarla insan qaçqın-köçkün vəziyyətinə düşəcək. Ancaq bütün bunlar artıq reallıqdır. Nəyə görə bu, baş verdi?! Əlbəttə ki, xarici müdaxiləyə görə. Biz bunu bilirik və mən həmişə bütün bu məsələlərlə bağlı öz mövqeyimi bildirmişəm. Eyni zamanda, o ölkələr müstəqil həyata hazır deyildilər. O ölkələrdə xalq-iqtidar birliyi yox idi. O ölkələrdə kütləvi narazılıq var idi. Ona görə belə acınacaqlı, bədbəxt hadisələr baş verdi. Bütün bunlar bizim gözümüzün önündə baş verir və bir daha həm xalqımıza, həm bütün dünyaya göstərir ki, bu gün Azərbaycan doğrudan da dünya miqyasında öz siyasəti ilə fərqlənən və bir çox ölkələr üçün nümunəyə çevrilən bir ölkədir”.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!