23/11/2017 00:13

Valyuta USD EUR RUB TRY
Kurs 1.7002 2.0051 0.0281 0.4374


Havadasan

Martın 20 və 21-də gözlənilən hava şəraiti


20.03.2017   09:27


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin ASAN Radioya verdiyi məlumata görə:

Bakıda və Abşeron yarımadasında

Martın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz arabir güclənən cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 9-14, Bakıda gecə 4-6, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

Martın 21-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında

Martın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin gündüz bəzi cənub və qərb rayonlarında yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Martın 21-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

 




Xəbər lenti

22 Noyabr











ASAN Radio telefonunuzda
Facebook