ASAN Radio xəbər verir ki, Yarat Müasir İncəsənət Mərkəzində ADO teatrının direktoru Elmin Bədəlovun quruluş verdiyi “Fırfıra” tamaşası təqdim olunub.
“Fırfıra” adlı tamaşanın əsas ideyası kolumbiyalı rəssamın “Dis Place” sərgisinin konsepsiyası ilə üst-üstə düşür.
Tamaşada rəssamın əsərlərindəki kimi cansız obyektin başqa şəkilə salınması göstərilir. Hər şey bu dünyada tam dövrə keçir-doğulur, inkişaf edir və təyin olunmuş zaman qeyb olur. Arası kəsilməyən dövrana insanlar və cisimlər labüd surətdə cəlb olunurlar.
Quruluşçu rəssamı Leyla Quliyeva olan tamaşada rolları aktyorlar Kamal Alen, Diana Zərbayılova, İskra Tarrant, Lalə Babayeva, Çimnaz Əliyeva, Allan Suleykin, Olqa Quliyeva və Zərif Bəkirova ifa ediblər.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!