USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
23 Mart Dünya Meteorologiya Günüdür

23 Mart Ümumdünya Meteorologiya Günüdür. Bu tarix Dünya Meteorologiya Təşkilatına üzv olan 191 meteoroloji qurum tərəfindən qeyd edilir.

ASAN Radio Dünya Meteorologiya Təşkilatının rəsmi saytına istinadla xəbər verir ki, həmin gün 1961-ci ildən etibarən təqvimə salınıb. Hər il martın 23-də aktiv mövzular ətrafında konfranslar, aksiyalar, maarifləndirmə tədbirləri keçirilir. Bu günü qeyd etməkdə məqsəd əhalinin sağlamlığını təminində meteorologiya və meteoroloji xidmətin mühümlüyünə diqqəti cəlb etməkdir. Hər il bu gündə insanlara 38 meteoroloji xidmətin mənasını başa salan təzə şüar seçilir. Bu ilin devizi “Buludların anlaşılması”dır.

Bulud atmosferdə üzən su buxarı kondensasiyası məhsulunun toplantısıdır. Diametri bir neçə mikron olan su damcılarından, buz kristalcıqlarından və ya bunların qatışığından əmələ gəlir və başlıca olaraq troposferdə toplanır. Buludlar hava proqnozu və xəbərdarlıqlarında mühüm rol oynayırlar. Onlar su dövranı və bütün iqlim sisteminin fəaliyyətində əsas faktorlardan biridirlər. Buludluluq qışda yeri soyumaqdan, yayda qızmaqdan qoruyur, düz radiasiyanın qiymətini azaldır, fiziki aşınmanı zəiflədir.

Dünya Meteorologiya Təşkilatı 1950-ci il martın 23-də atmosfer hadisələri, okeanların atmosferlə əlaqəsi, iqlim və su resurslarının yer üzərində paylanma nəticəsini öyrənmək üçün ixtisaslaşmış orqan kimi yaradılıb. Təşkilatın mərkəzi İsveçrənin Cenevrə şəhərində yerləşir.

Hidrometeoroloji Proqnozlar Bürosu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin operativ bölməsidir. Büroda respublikanın 7 bölgəsi və Bakı şəhəri üçün verilən qısamüddətli (sutkalıq) və ortamüddətli (48, 72 saat), aylıq proqnozlar, Xəzər dənizinin 6 akvatoriyası üzrə tərtib olunan qısamüddətli (yarımsutkalıq, sutkalıq) və ortamüddətli dəniz hidrometeoroloji proqnozlar tərtib edilir. Hava şəraitində kəskin dəyişiklik, Xəzər dənizində təhlükəli və ifrat təhlükəli hidrometeoroloji hadisələr gözlənilirsə əvvəlcədən hazırlanıb müvafiq orqan və təşkilatlara vaxtlı-vaxtında məlumat çatdırılır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!