USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanın Kubadakı səfirliyində Kubanın aparıcı KİV-lərinin nümayəndələri ilə dostluq görüşü keçirilib

Azərbaycanın Kubadakı səfirliyində Novruz bayramı ilə əlaqədar Kubanın aparıcı kütləvi informasiya vasitələrinin tanınmış nümayəndələri və Kuba Radio və Televiziya Təşkilatının rəsmilərinin iştirakı ilə dostluq görüşü keçirilib.

ASAN Radio xəbər verir ki, Azərbaycanın Kubadakı müvəqqəti işlər vəkili Cavanşir Salehov qonaqları salamlayaraq, dost Kuba ictimaiyyətinin Azərbaycan mədəniyyəti və reallıqlarına nümayiş etdirdiyi marağa görə minnətdarlığını bildirib. C.Salehov ölkəmizin özünəməxsus olan və xalqımızın minillərlə qoruyub saxladığı Novruz adətləri və ənənələri haqda prezentasiya ilə çıxış edərək ətraflı məlumat verib.

Qədim dövrlərdən öz sülhsevər mədəniyyəti ilə seçilən Azərbaycan xalqının Novruz bayramını təbiətə, zəhmətə və insanlığa sevgi rəmzi olaraq qeyd etdiyini bildirən diplomat, müasir dövrümüzdə iqlim dəyişikliyi və digər qlobal çağırışlar və təhdidlər qarşısında sülhü və tərəqqini təcəssüm edən bu bahar bayramının ümumdünya miqyasda əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirilib ki, məhz bu səbəbdən sevindirici hal olaraq, Azərbaycan və bu bayramı qeyd edən digər ölkələrin təşəbbüsü ilə Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni Irs üzrə Reprezentativ Siyahısına daxil edilmiş, 2010-cu ildə isə BMT Baş Məclisinin müvafiq qətnaməsi ilə 21 Mart “Beynəlxalq Novruz Günü” kimi elan edilib.

Tədbir iştirakçılarına Ermənistanın Azərbaycana qarşı 25 ildən artıq bir dövrdə davam edən işğalçılıq və etnik təmizləmə siyasəti və onun nəticələri haqda məlumat verilərək qeyd edilib ki, yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin tarixi fəaliyyəti nəticəsində 1993-cü ildən sonra, ərazilərinin 20 faizinin işğal altında qalmasına və bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə baxmayaraq, ölkəmiz öz müstəqilliyini qoruyub saxlamış, yeni sabitlik və sürətli iqtisadi inkişaf dövrünə qədəm qoyub. Azərbaycan diplomatı bildirib ki, məhz bu tarixdən Azərbaycan müstəqil dövlət olaraq xalqımızın əziz bayramı olan Novruz bayramını ən yüksək səviyyədə el şənlikləri ilə qeyd etməyə başlayıb.

Görüş zamanı Kubanın mətbuat nümayəndələrinin Azərbaycanın tarixi, mədəniyyəti, beynəlxalq əlaqələri ilə bağlı sualları cavablandırılıb.

Tədbir iştirakçılarına təqdim edilmiş Novruz bayramına xas olan təamlar qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Sonda KİV nümayəndələrinə ölkəmizdə Novruz bayramının qeyd edilməsinə həsr edilmiş sənədli film və Kubanın “Havana” kanalının Azərbaycanda Novruz çərşənbələrindən bəhs edən televiziya reportajları nümayiş etdirilib.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!