USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Səfir: "Azərbaycanın ABŞ-la əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır"

"Azərbaycanın ABŞ-la əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır".

ASAN Radio xəbər verir ki, bunu Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanov deyib.

O qeyd edib ki, iki ölkə bir çox məsələlərdə müttəfiqdir: "Bizim ortaq məqsədlərimız, ortaq baxış bucağımız var".

Azərbaycanın müstəqillik dövründəki inkişafı barədə danışan E.Süleymanov Azərbaycanda demokratiyanın gənc olduğunu və bəzi nöqsanlara xüsusi diqqət yetirməyin yanlış olduğunu bildirib: "ABŞ-da seçicilərin böyük hissəsinin səsini qazana, lakin prezident olmaya bilərsiniz. Amma bu, o demək deyil ki, ABŞ-da demokratiya aşağı səviyyədədir. Demokratiya hər yerdə fərqlidir".

Neftin qiymətinin düşməsindən sonra ölkənin iqtisadi inkişafı barədə sualı cavablandıran səfir bunun büdcə gəlirlərinə birbaşa təsir edən amil olduğunu vurğulayıb. Bununla belə, E.Süleymanov Azərbaycanın normal vəziyyəti saxlamağını, bütün layihələri yerinə yetirməyi və çətinlikləri aradan qaldırmağı bacardığını bildirib.

Səfir həmçinin ölkənin coğrafi mövqeyi, mədəniyyəti, Azərbaycanın tarixi haqqında danışıb.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!