USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Elxan Məmmədov: "Çempionlar Liqasının final matçını keçirmə şanslarımız çoxalıb"

"Azərbaycan bütün Avropanın diqqətini özünə cəlb edib. Bu, ölkədə futbolun inkişafı istiqamətində görülmüş işlərin, həyata keçirilmiş layihələrin məntiqi nəticəsidir".

ASAN Radio xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov "France Presse" agentliyinə açıqlamasında deyib. E.Məmmədov bildirib ki, Azərbaycan paytaxtı 2019-cu il Çempionlar Liqasının final matçına ev sahibliyi etsə, bu, 2020-ci il Avropa çempionatı öncəsi Bakı Olimpiya Stadionu üçün test olacaq. O, ələ düşən imkandan yararlanmağa çalışacaqlarını deyib: "Çempionlar Liqasının final matçını keçirməyə cəmi 2 namizədin olması şanslarımızı 50:50 nisbətində çoxaldır. Üstünlüyümüz ondadır ki, stadionumuz yenidir və FİFA, UEFA-nın bütün standartlarına uyğundur".

Qeyd edək ki, 2019-cu ildə Çempionlar Liqasının final matçını keçirməyə Bakı Olimpiya Stadionu ilə yanaşı, İspaniyanın paytaxtı Madriddə tikilməkdə olan "Metropolitano" stadionu da namizəddir. Bakı şəhəri Tbilisi (Gürcüstan), Qlazqo (Şotlandiya), Frankfurt (Almaniya), Ştutqart (Almaniya), Sevilya (İspaniya) və İstanbul (Türkiyə) şəhərləri ilə 2019-cu il Avropa Liqasının final oyununa da namizədliyini irəli sürüb. UEFA İcraiyyə Komitəsi hər iki turnir üzrə qalib şəhərin adını sentyabrda açıqlayacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!