USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Nüvə silahları tamamilə qadağan olunur 

BMT-də nüvə silahlarının tamamilə qadağan edilməsi haqqında konvensiyanın qəbuluna dair danışıqlar başlayır. ASAN Radio RİA Novosti-yə istinadən xəbər verir ki, bu beynəlxalq sazişin təşəbbüskarı nüvə silahı olmayan bir sıra ölkədir. Eyni zamanda, nüvə dövlətləri konfransda iştirak etmir.

Konfransın keçirilməsi haqqında qərar ötən il BMT Baş Assambleyasının tərk-silah və beynəlxalq təhlükəsizlik komitəsi tərəfindən qəbul edilib. Müvafiq qətnamənin qəbul edilməsinə da Avstraliya və daha 50 ölkə çıxış edib, sənəd 123 dövlət tərəfindən dəstəklənib. 38 dövlət əleyhinə çıxış ediblər, onların arasında BMT Təhlükəsizlik Şurasının 4 daimi üzvü - Rusiya, ABŞ, Fransa, Böyük Britaniya.

Təhlükəsizlik Şurasının beşinci daimi üzvü Çin səsvermədə bitərəf qalıb. Qeyd edək ki, bir müddət sonra hər beş rəsmi nüvə dövlətlərinin konfransa qatılmayacaqları məlum olub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!