USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Qazaxıstan Azərbaycanda keçiriləcək ADEX sərgisində milli stendlə çıxış edəcək

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin müdafiə və aerokosmik sənayesi naziri Beybut Atamkulov ilə görüşüb.

Azərbaycanın Qazaxıstandakı səfirliyindən ASAN Radioya bildirilib ki, görüşdə müstəqillik dövründə iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq üçün möhkəm əsasın qoyulduğu vurğulanıb. Qeyd edilib ki, bütün sahələrdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq ölkələrimizin daha da inkişafına və güclənməsinə xidmət edəcək. Bu baxımdan hərbi sənaye sahəsində də əlaqələrin güclənməsinin müsbət nəticələr verəcəyi, bu sahənin artıq iqtisadiyyatın bir sektoruna çevrildiyi bildirilib.

Beybut Atamkulov bildirib ki, Azərbaycanın əldə etdiyi nailiyyətlərdə müstəqil ordu quruculuğu mühüm rol oynayır. Nazir müdafiə sənayesi kompleksinin yaradılmasında mühüm nailiyyətlər əldə edən Azərbaycanın bu sahədə uğur qazanmış ölkələr sırasına daxil olmasının təqdirəlayiq hesab edildiyini vurğulayıb, bu sahədə ölkəmizin təcrübəsinin Qazaxıstan üçün daha maraqlı olduğunu qeyd edib.

Rəşad Məmmədov isə Ermənistan tərəfindən hələ də hərbi təcavüzə məruz qaldığını önə çəkərək münaqişənin yaranma tarixi və nəticələri barədə nazirə geniş məlumat verib. Diplomat Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə güclü hərbi sənaye kompleksi yaratdığını deyərək bu sahədə bir çox ölkələrlə qurulmuş uğurlu əməkdaşlıqdan danışıb.

Görüş zamanı qarşı tərəfə ölkəmizdə bir çox çeşiddə istehsal olunan hərbi təyinatlı məhsullar və onların müxtəlif ölkələrə ixracından söhbət açılıb. Səfir ölkəmizdə  hər il keçirilən ADEX sərgisi barədə, eləcə də sərgidə iştirak edən ölkələr, şirkətlər, nümayiş edilən məhsullar və bağlanılan müqavilələrin miqyasının ildən-ilə artması ilə bağlı fikirlərini bölüşüb. Qazaxıstan tərəfi bu sərgidə aktiv iştirak etməyə dəvət edilib.

Qeyd olunub ki,  Qazaxıstan Azərbaycanın hərbi sənaye kompleksində istehsal edilən məhsullarla yaxından tanış olmaq niyyətindədir və bu sahədə əməkdaşlığa xüsusi diqqət yetirir. Bu məqsədlə Qazaxıstan ölkəmizdə keçiriləcək növbəti ADEX sərgisində milli stendlə çıxış edəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!