USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda "London taksiləri" rəngini dəyişir - FOTOLAR

Bakıda fəaliyyət göstərən bənövşəyi “London taksiləri” tədricən yerini ağ rəngli, görüntüsündə müəyyən dəyişikliklər edilmiş eyni model taksilərə verir.

“Bakı Taksi” MMC-nin rəhbəri Ramal Ağayev ASAN Radioya deyib ki, şirkətin balansında olan taksilər tədricən ağ rəngdə boyanaraq istifadəyə verilir:

Taksilərin ag rəngə boyanması “Bakı Ağ Şəhər” layihəsinə uyğun olaraq həyata keçirilir. Yeni rənglənmiş taksilər iki istiqamət üzrə fəaliyyət göstərəcək. Üzərində ağ şahmat damaları olan taksilər yalnız hotellərin qarşısında dayanaraq qonaqlara, sarı şahmat damaları olan taksilər isə şəhər sakinlərinə xidmət göstərəcək”.

R.Ağayev taksilərdə vahid tariflərin tətbiqi məsələsinə də toxunub: “Əlbəttə, vahid tarifin tətbiqi sağlam rəqabətə və xidmət keyfiyyətinin yüksəlməsinə səbəb olacaq. Bu gün bir çox taksilər xidmət keyfiyyətinin səviyyəsi aşağı olsa da, müxtəlif qiymətlər tətbiq etməklə müştəri cəlb etməyə çalışırlar, lakin vahid tarifin tətbiqindən sonra yalnız xidmət keyfiyyətinin yüksək olması ilə müştəri cəlb etmək mümkün olacaq. Bu baxımdan biz də əsasən xidmət keyfiyyətinin yüksəldilməsinə diqqət ayırırıq”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!