USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
XİN: “Ermənistanın təxribatlarına qarşı lazımı reaksiyanın verilməməsi gözlənilməz fəsadlar doğura bilər”

Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyi Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində keçirdiyi hərbi təlimi, Ermənistan prezidentinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və orada səsləndirdiyi bəyanatları ilə əlaqədar ATƏT üzv dövlətlərinə, ATƏT-in Daimi Şurasının sədrinə, ATƏT-in katibliyinə və müvafiq təsisatlarına məktub ünvanlayıb.  

Məktubda deyilir: “Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, ATƏT-ın sənəd və qərarlarının pozaraq, Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində tabor səviyyəsində genişmiqyaslı hərbi təlimlər keçirmişdir.

Ermənistan Prezidenti 25 mart 2017-ci il tarixində hərbi təlimlərin son mərhələsində şəxsən iştirak etmişdir. Bu münasibətlə o, işğal edilmiş Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş, “döyüş vəzifələrini yerini yetirərkən fərqlənən hərbi qulluqçuları təltif etmiş” və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə təhdid məzmunlu təxribatçı bəyanatlar vermişdir.

Ermənistan Prezidenti Ermənistan silahlı qüvvələrini xristianlığın keşikçiləri adlandıraraq,  münaqişəyə dini çalar verməyə cəhd etmişdir. Bununla belə, o, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalında iştirakını və bu xüsusda özünün fərdi məsuliyyətini qəbul etmişdir. O bəyan etmişdir ki, 2016-cı il aprel döyüşləri gedişində “cavab hücumuna keçmək əmri vermişdir”.

Ermənistan Prezidentinin bəyanatı atəşkəs üçün baza sənədi olan Bişkek Protokolunun Ermənistan tərəfindən pozulmasının aydın göstəricisidir. Bunun müqabilində Ermənistan işğal olunmuş ərazilərdə hərbi mövqelərini möhkəmləndirir və genişləndirir, hərbi avadanlıq və vasitələri işğal edilmiş ərazilərə ötürür, bununla da hərbi əməliyyatların dayandırılmasından işğala əsaslanan status kvo-sunu möhkəmləndirmək üçün istifadə edir.

Bu baxımdan, Ermənistan Prezidentinin bəyanatı kifayət qədər aydındır və izaha ehtiyacı yoxdur: “bu gün Ermənistan Ali Baş Komandanı gözünü belə qırpmadan lazım olacağı təqdirdə, İskəndər raketləri ilə zərbə endirmək əmri verəcək. Qonşu dövlət bunu çox yaxşı bilir” (Serj Sarkisyan).

Hərbi təlimlər və Ermənistan prezidentinin bəyanatı Ermənistanın real niyyətini və danışıqlar yolu ilə münaqişənin həll edilməsində Ermənistanın maraqlı olmadığını açıq-aydın göstərir. Qeyd edilməlidir ki, Ermənistan Prezidenti bu çıxışını işğalı BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi ilə pislənmiş və qoşunların dərhal, qeyd-şərtsiz və birbaşa çıxarılmasını tələb edilmiş Azərbaycanın Ağdam rayonunda etmişdir. 24 ildir ki, bu tələb beynəlxalq ictimaiyyət tərəfindən yerinə yetirilməmişdir.

Əvəzində, Ermənistan atəşkəsdən öz silahlı qüvvələrinin təkmilləşdirilməsi və təlimlərin keçirilməsi üçün istifadə edərək, silahlı qüvvələrini yeni işğallar üçün hazır vəziyyətə gətirir. Bu,  erməni tankları tərəfindən azərbaycanlı əhalinin qovulduğu dağıdılmış evlərin hədəf alınaraq atəşə tutulması zamanı da nümayiş etdirilmişdir. Bu, həmçinin Ermənistan rəhbərliyi tərəfindən Azərbaycan və onun mülki əhalisinə qarşı aparılmış insanlığa qarşı silsilə cinayətlər və genosid fəaliyyətlərinə əyani sübütdür. Bu, Ermənistan rəhbərliyinin “sülh, tolerantlıq və birgəyaşayış” anlayışıdır.

Ermənistan və onun yüksək rütbəli rəsmilərinin təxribatçı və təcavüzkar ritorikası ölkənin beynəlxalq hüquq və Ermənistan və Azərbaycan münaqişəsinin həlli üzrə siyasi proseslərə çərçivəsində verdiyi öhdəliklərin əleyhinədir. Bu, Ermənistan tərəfindən Azərbaycana qarşı gücdən qanunsuz istifadənin davamının göstəricisidir. Ona görə də Helsinki Yekun Aktında da əks olunduğu kimi dövlətlərarası münasibətlərin baza prinsiplərinin kobud şəkildə pozulmasının qarşısının alınması üçün ATƏT yekdil mövqe nümayiş etdirməlidir.

Azərbaycan ATƏT, xüsusilə ATƏT-ın Minsk Qrupu və həmsədrlərini, həmçinin Avstriyanın ATƏT Sədrliyini BMT Təhlükəsizlik Şurasının müvafiq müddəalarını və atəşkəs rejiminin kobud şəkildə pozulmasını ictimai şəkildə pisləyərək, Ermənistandan Azərbaycana qarşı təcavüzə son qoymasını, qoşunlarını çıxarmasını və münaqişənin həlli istiqamətində davamlı həllə nail olunması üçün substantiv danışıqlara cəlb olunmaqda xoş niyyət göstərməsini tələb etməyə çağırır.

Ermənistan tərəfindən bu səpkidə olan və təkrarlanan təxribatlara qarşı lazımı reaksiyanın verilməməsi sülh prosesinə ciddi zərbə olaraq gözlənilməz fəsadlar doğura bilər ki, bunun da məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!