İtaliyanın Dövlət Şurası Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) tikintisinə razılıq verib. ASAN Radio ”RİA “Novosti”yə istinadən xəbər verir ki, beləliklə, Dövlət Şurası İtaliyanın cənubunda yerləşən Apuliya vilayətinin rəsmi etirazı rədd olunub.
Son zamanlar vilayətin sakinləri TAP-ın tikintisinə qarşə etiraz aksiyaları keçirib.
Dövlət Şurasının qərarı faktiki olaraq Azərbaycan qazını İtaliyaya çatdıracaq TAP-ın tikintisinə yaşıl işığın yandırılması deməkdir.
Ümumi uzunluğu 520 km olan TAP Cənub Qaz Dəhlizinin davamı olaraq Yunanıstan, Albaniya və İtaliya ərazisindən keçir. İlkin mərhələdə TAP-ın buraxılış qabiliyyəti 10 mlrd. kubmetrdir. Sonrakı mərhələdə bu rəqəm 20 mlrd. kubmetrədək artırıla bilər.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!