USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ATU-nun prorektoru: “Çoxları diabet xəstəsi olduğunu bilmir”

Dünyada hər yüz nəfərin 80-i insulinə ehtiyac olmayan diabetdən əziyyət çəkir. Bu növ diabet adətən simptomsuz keçdiyindən, çox vaxt insanlar xəstə olduqlarını belə bilmirlər. Bu barədə ASAN Radioya Səhiyyə Nazirliyinin baş endokrinoloqu, ATU-nun tərbiyə işləri üzrə prorektoru, professor Rafiq Məmmədhəsənov açıqlama verib.

Professor R.Məmmədhəsənov bildirir ki, diabet əsasən iki tipə bölünür. Birinci tip 40 yaşına qədər insanlarda əmələ gəlir. Bu zaman bədən qətiyyən insulin hasil etmir. Belə insanların bədəninə mütəmadi olaraq insulin yeridilməlidir. İkinci növ - 40 yaşdan yuxarı şəxslərdə əmələ gələn “yaşlıların diabeti” adlandırılır. Bu xəstələrin müalicəsi üçün əksər hallarda insulin tələb olunmur. Xəstəliyin ağırlaşmış halında insulindən istifadə olunur ki, buna da nadir hallarda rast gəlinir. Belə xəstələrdə həblər və pəhrizlə ümumi vəziyyəti stabil saxlamaq olur.

Rafiq Məmmədhəsənov qeyd edir ki, əksər hallarda artıq çəki insulin çatışmazlığı ilə nəticələnir. Piylənmə ilə yanaşı, karbohidratla zəngin qidalar, hipodinamiya (hərəkət çatışmazlığı, oturaq həyat tərzi), xroniki stress, genetik faktorlar şəkərli diabetin yaranmasının əsas səbəbləridir. Birinci tip diabet zamanı rast gəlinən əsas əlamətlər - ağız və dodaqların quruluğu, səbəbsiz arıqlama, yanğı (susuzluq) hissi, çox su içmək, tez-tez sidiyə getmək, iştahanın artması və sairədir. Şəkərli diabet zamanı qəbul olunan dərmanlar bədəndə piylənmənin azalması ilə yanaşı, qaraciyərin piylənməsinin də qarşısını alır.

Tibbin inkişafı nəticəsində xəstələrin orta ömür müddəti əvvəlki illərə nisbətən xeyli uzanıb. Əgər əvvəllər bu xəstəliyə tutulandan sonra insanların orta hesabla beş-yeddi il yaşayırdılarsa, hazırda tibbin irəliləməsi ilə əlaqəli olaraq belə insanların orta xəstəlik müddəti 30-50 ildir.

Ölkəmizdə diabet xəstələrinin əksəriyyəti dövlət təminatındadır. Əvvəlki dövrdən fərqli olaraq, artıq xəstələrə heyvan mənşəli insulin yox, yeni analoji preparat vurulur. Çünki əvvəllər istifadə olunan insulinin tərkibindəki amin turşu ağır fəsadlarla nəticələnirdi.

Hazırda dünyada 250 milyon insan şəkərli diabetdən əziyyət çəkir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!