USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dövlət katibi: ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həllində maraqlıdır

Azərbaycan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə xarici işlər naziri Elmar Məmmədyarov və ABŞ-ın dövlət katibi Reks U.Tillerson arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.

Xarici İşlər Nazirliyindən ASAN Radioya verilən məlumata görə, E.Məmmədyarov ABŞ-ın dövlət katibinə ünvanladığı məktubunda ötən 25 il ərzində ölkələr arasında əlaqələrin xüsusilə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın inkişafı ilə xarakterizə olunan strateji tərəfdaşlığa çevrildiyini vurğulayıb. Nazir hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsinə töhfə verməklə ABŞ ilə enerji məsələləri üzrə yaxından əməkdaşlıq etdiyini bildirib. Bununla yanaşı, iki ölkənin terrorizmə qarşı mübarizə və kütləvi qırğın silahlarının yayılmaması üzrə uğurlu əməkdaşlıq etdiyini qeyd edərək, Azərbaycanın ABŞ-ın Əfqanıstandakı əməliyyatlarına dəstək verən ilk ölkələrdən biri olduğunu vurğulayıb.

Nazir E.Məmmədyarov Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ABŞ-ın ədalətli vasitəçiliyinə etibar etdiyini və münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında sülh yolu ilə nizamlanmalı olduğunu bildirib.

ABŞ-ın dövlət katibi Reks U.Tillerson E.Məmmədyarova ünvanladığı məktubunda ölkəsinin xüsusilə enerji sahəsində Azərbaycanla yaxından əməkdaşlıq etdiyini deyib. O, ABŞ-ın Azərbaycanın öz iqtisadiyyatının şaxələndirilməsi, iqtisadi imkanlarının artıtılması istiqamətində səylərinə dəstək verdiyini bildirib.

Dövlət katibi Azərbaycanın 11 sentyabr hadisələrindən sonra ABŞ-a dətək verən ilk ölkələrdən biri olduğunu vurğulayıb. O həmçinin, ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həllində maraqlı olduğunu qeyd edib.

Reks U.Tillerson dostluq və əməkdaşlığın 25 illiyi münasibətilə Amerika xalqı adından Azərbaycan xalqına təbriklərini çatdırıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!