USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Əbülfəs Qarayev: "Mikayıl Müşfiqin heykəlinə heç bir ziyan vurulmayıb"

"Mikayıl Müşfiqin abidəsi Mədəniyyət və Turizm Nazirliyinin nəzarəti altında bərpa olunub”. 

ASAN Radionun məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, abidə yerinə qoyulanda ona heç bir ziyan vurulmayıb: “Bu məsələ dərhal nəzarət altına götürüldü. Bərpa layihəsinə Memarlar İttifaqı və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən baxılıb, təsdiqlənib. Bakı şəhəri, Azərbaycanın digər regionları inkişaf edir. Nə isə sökülür, nə isə yenidən qurulur. Bu təbii proseslər davam edəcək. Lakin dövlət qanunvericiliyi çərçivəsində bu işlər razılaşdırılmalı, layihələndirilməli və düzgün istiqamətləndirilməlidir. İctimaiyyət bu haqda qabaqcadan xəbərdar edilməlidir. Bizim mövqeyimiz bundan ibarətdir. Bakıda aparılan işlər onu göstərir ki, şəhərin inkişafı düzgün istiqamətdədir. Bakı genişlənir və gözəlləşir”. 

Qeyd edək ki, M. Müşfiqin heykəli martın 27-də yerinə qoyulub. Abidə həmin ərazidə, bir qədər geridə, binanın qarşısında bərpa olunub. Bu gündən ərazidə abadlıq işlərinə başlanılıb. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!