USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda Frankofoniya Həftələrinin açılışı keçiriləcək

ASAN Radio xəbər verir ki, 2017-ci il 1- 22 aprel tarixləri Belçika, Misir, Fransa, Yunanıstan, Macarıstan, Litva, Mərakeş, Meksika, Rumıniya və İsveçrənin Azərbaycandakı Səfirlikləri bir araya gələrək fransız dili və Frankofoniya bayramını qeyd edəcəklər.

Beynəlxalq Frankofoniya Təşkilatının üzv və müşahidəçi ölkələrinin səfirlikləri Frankofoniya həftələri ərzində Bakıda çoxsaylı mədəni tədbirlər təklif edəcəklər.

Frankofoniya Həftələri cümə axşamı, 30 Mart 2017-ci il tarixi saat 16.00-da “Landmark” otelində on iştirakçı ölkənin səfirləri tərəfindən mətbuat konfransının keçirilməsi ilə başlayacaq. Bu münasibətlə, konfransda iştirak edəcək səfirlər öz ölkələrinin siyasi Frankofoniyadakı öhdəlikləri, həmçinin Frankofoniya Həftələri proqramında əlamətdar olacaq tədbirlər barəsində jurnalistlərin suallarını cavablandıracaqlar.

Beynəlxalq Frankofoniya Təşkilatı fransız dilini və ümumi dəyərləri bölüşən 84 Dövlət və hökumətlərdən (58 üzv və 26 müşahidəçi ölkə) ibarət təşkilatdır.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!