USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident İlham Əliyev: Azərbaycanda pivot suvarma sistemləri istehsal edilməlidir

Pivot sistemləri dünyada ən müasir və ən səmərəli suvarma sistemləridir. Pivot sistemləri məhsuldarlığı bir neçə dəfə artıra bilər. Bu sistemlərdən Azərbaycanda əlbəttə ki, təkcə pambıqçılıqda yox, başqa sahələrdə də istifadə olunur və olunacaq. Bu sistemlər böyük dönüş yaradacaq.

ASAN Radio AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, ölkəmizə pivot suvarma sistemləri gətirilib. “Əvvəlki illərdə bəzi rayonlarda bu sistemlərdən özəl qurumlar istifadə ediblər. Ancaq əlbəttə ki, onların sayı bizi qane edə bilməz. Ona görə, dövlət bu sahəyə də öz dəstəyini göstərməyə başlayıb. Nəzərə alsaq ki, kənd təsərrüfatının inkişafı, xüsusilə suvarma, meliorasiya ilə bağlı bizim bundan sonra da böyük planlarımız olacaq və var, biz pivot suvarma sistemlərini Azərbaycanda özümüz istehsal etməliyik. Bilirəm ki, belə bir təşəbbüs artıq irəli sürülüb. Buna dəstək vermək lazımdır və dövlət qurumları dəstək versinlər ki, tezliklə biz özümüz özümüzü pivot sistemləri ilə təmin edə bilək”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Bir neçə ildən sonra yeni pambıqtəmizləmə zavodlarına ehtiyac duyulacaq

Bir neçə ildən sonra yeni pambıqtəmizləmə zavodlarına ehtiyac duyulacağını bildirən dövlətimizi başçısı deyib: “İmişlidə yeni bir zavodun tikintisi nəzərdə tutulur. Ancaq biz zavodların tikintisini pambığın proqnozlaşdırılan tədarükü ilə uzlaşdırmalıyıq. Mənə verilən məlumata görə, bizdə hazırda cəmi 22 zavod fəaliyyət göstərir və o zavodların emal gücü 400 min tondur. Sovet vaxtında isə zavodların emal gücü 900 min ton idi. O zavodların bir çoxu artıq fəaliyyətsizdir, 22 zavod fəaliyyətdədir. Əgər pambıqçılığı götürdüyümüz sürətlə inkişaf etdirsək, biz təqribən bir-iki ilə 400 min tona çatacağıq. Ona görə indidən bütün işlər görülməlidir. İqtisadiyyat Nazirliyi, Sahibkarlığa Kömək Milli Fondu, Kənd Təsərrüfatı Nazirliyi, özəl qurumlar, işləyin və mənə məlumat verin. Biz vaxt itirməməliyik”.

150 min hektar suvarılmamış torpaqlara su çəkilişi təmin olunacaq

Bu il görülmüş tədbirlər nəticəsində 150 min hektar suvarılmamış torpaqlara su çəkilişi təmin ediləcəkdir. Bu barədə danışan Prezident İlham Əliyev bunu tarixi nailiyyət adlandırıb. “Bunu biz çox operativ şəkildə, qısa müddətdə həll etdik, həm “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətinin xətti ilə, həm yerli icra orqanlarının fəaliyyəti nəticəsində biz buna nail ola bilmişik. Bu 150 min hektarın böyük hissəsi pambıqçılıq üçün nəzərdə tutulur və əlbəttə ki, biz bunu etməsəydik, bugünkü rəqəmlərdən danışa bilməzdik”, - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!