USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakı 2017 İslam Həmrəyliyi Oyunlarına mətbuat üçün akkreditasiyadan keçmə müddəti uzadıldı

12-22 May 2017-ci il tarixlərində Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi oyunlarını işıqlandırılmaq arzusunda olan media nümayəndələrinin akkreditasiyadan keçmə müddəti rəsmi olaraq uzadılıb.

Akkreditasiyadan keçmək üçün son tarix ilkin olaraq cümə günü, 31 mart tarixi seçilmişdir, lakin mətbuat nümayəndələri tərəfindən göstərilən böyük maraq və vaxtın uzadılması ilə bağlı çoxsaylı müraciətlər nəzərə alınaraq həmin tarix bazar günü, 9 aprel, günün sonunadək uzadılıb.

Məlumat üçün bildirək ki, akkreditasiya yazılı mətbuat, fotoqraflar və rəsmi yayım hüququ olmayan televiziya və radio şirkətləri üçün nəzərdə tutulur.

Bakı 2017 Oyunlarını işıqlandırmaqda maraqlı olan mətbuat nümayəndələrinə akkreditasiyadan keçmək üçün son tarixdən öncə müraciət etmələrini tövsiyə edirik, çünki həmin tarixdən sonrakı müraciətlər qəbul edilməyəcək.

Media nümayəndələri baku2017.com saytının müvafiq bölməsinə daxil olaraq qeydiyyat prosesi barədə ətraflı məlumat toplayıb, akkreditasiya üçün müraciət edə bilərlər. https://www.baku2017.com/az/media/yerli-mtbuatin-akkreditasiya-prosesi

Bu bölmədə media nümayəndələri üçün akkreditasiyadan keçmək məqsədi ilə qoyulan tələblər, eyni zamanda oyunlar zamanı onlar üçün yaradılacaq şərait və təklif olunan xidmətlər barədə geniş məlumat yer alıb.

Akkreditasiya forması ilə bağlı müraciətinizi 9 aprel 2017-ci il tarixinədək bu ünvana göndərməyiniz xahiş olunur: [email protected]

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!