USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakının Niyazi küçəsində qəmbər daşların üstünün asfaltlanmasına başlanılır

Formula 1" yarışı ilə əlaqədar aprelin ortalarından etibarən Bakının Niyazi küçəsində qəmbər daşların üzərində asfalt örtüyünün çəkilməsinə başlanılacaq. Bunu Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

N.Arpadarai vurğulayıb ki, asfalt örtüyünün çəkilməsi prosesinin təqribən bir həftəyə qədər davam etməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, tikinti işləri aparılan zaman günün müəyyən saatlarında həmin ərazidə avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər olacaq:

"Tikinti işləri aparılan zaman çalışırıq ki, yollar çox bağlanmasın. Bağlanan zaman isə əvvəlcədən bu barədə ictimaiyyətə məlumat veririk".

N.Arpadarai əlavə edib ki, "Formula 1" yarışı ilə bağlı nəzərdə tutulan digər işlər də plana uyğun olaraq davam edir: "Həmçinin aprel ayından etibarən tribunaların quraşdırılmasına başlanılacaq. "Abşeron" tribunasının tikintisinə aprel, digər tribunaların tikintisinə isə may ayında start veriləcək".

Şöbə müdiri əlavə edib ki, bilet satışı da nəzərdə tutulmuş qaydada həyata keçirilir: "45-dən çox ölkədən biletlər alınıb. Bakıda keçiriləcək "Formula 1" yarışlarına insanları cəlb etmək üçün digər ölkələrdə də müxtəlif tədbirlər həyata keçirilir".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!