USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Berndə “Multikulturalizm və dinlərarası dialoq: Azərbaycan və İsveçrə modeli” mövzusunda konfrans keçirilib

İsveçrənin Bern şəhərində Azərbaycanın bu ölkədəki səfirliyinin və “İsveçrə Dinlər Evi-Mədəniyyətlərin Dialoqu” Assosiasiyasının təşəbbüsü ilə “Multikulturalizm və dinlərarası dialoq: Azərbaycan və İsveçrə modeli” mövzusunda konfrans keçirilib. Konfransdan öncə Azərbaycan nümayəndə heyəti konfransın keçirildiyi Dinlər Evi ilə tanış olub, “İsveçrə Dinlər Evi-Mədəniyyətlərin Dialoqu” Assosiasiyası İdarə Heyətinin üzvləri ilə görüşüb, o cümlədən Dinlər Evində mövcud olan müxtəlif dinlərin ibadət və görüş yerlərini ziyarət ediblər.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən ASAN Radioya bildirilib ki, Dinlər Evinin nümayəndəsi Dr.Brigitta Rotachın moderatorluğu ilə keçirilən konfransda Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı ölkəmizdə multikulturalizmin xalqın həyat tərzi və dövlət siyasətində prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb, səfir tolerantlıq və multikulturalizm siyasətinin aktuallığına diqqəti çəkib.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin birinci müavini Səyyad Salahlı öz çıxışında Azərbaycanda müxtəlif dinlərin və konfessiyaların birgə yaşadığına diqqət çəkərək bu tendensiyanın ölkəmizdə tarixən mövcudluğunu qeyd edib.

Tədbirdə İsveçrə Dinlər Evinin rəhbəri Gerda Haukun İsveçrədəki multikulturalizm mövzusunda məruzəsi dinlənilib.

Konfrans zamanı “Azərbaycan- tolerantlıq məkanı” adlı film nümayiş etdirilib və “Azərbaycan- multikulturalizm məkanı” sərgisinə baxış keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyasov çıxış edərək Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihələri, xüsusən Azərbaycan multikulturalizmi fənninin ölkədaxili və xaricində tədrisi, “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından nəşr olunan kitablar haqqında məlumat verib.

Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov və Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev Azərbaycan multikulturalizminin unikallığı və qlobal arenadakı sülhyaradıcı funksiyaları haqqında söz açıblar.

Konfransda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda Dinlər Evinin qəbul salonunda ölkəmizin İsveçrədəki səfirliyinin adından tədbir iştirakçılarına Azərbaycanın milli təamları təqdim olunub.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!