USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Şamaxıda torpaq sürüşməsi yenidən aktivləşib

Torpaq sürüşməsi Şamaxı şəhərinin 48-ci məhəlləsinin sakinlərini çətin duruma salıb. Belə ki, son günlər ərazidə torpaq sürüşməsi yenidən aktivləşərək geniş ərazini əhatə edib.

ASAN Radionun APA-ya istinadla verdiyi xəbərə görə, son aylar Şamaxıya yağan qar və yağışdan sonra yenidən aktivləşən torpaq sürüşməsi nəticəsində evlərdə irili-xırdalı çatlar əmələ gəlib. Sakinlərin sözlərinə görə, torpaq sürüşməsi hər gün davam edir və dağdan axıb gələn torpaq kütləsi evlərə doğru hərəkət edir. Torpaq kütləsi məhəllədaxili yollardan birinin bağlanmasına səbəb olub. Hektarlarla torpaq sahəsi sürüşməyə məruz qalıb, böyük yarğanlar və çökmələr əmələ gəlib, yeraltı qrunt suları üzə çıxıb. Sürüşmə qısa vaxtda pay torpaqları ilə yanaşı həyətyanı sahələri və tikililəri də öz cənginə alıb. Həyətyanı sahələrin hasarları torpağın altında qalıb, evlərin və yardımçı tikililərin divarlarında iri çatlar əmələ gəlib.

Şamaxı rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə indiyədək rayon mərkəzində, eləcə də 7 kənddə baş verən torpaq sürüşməsi zamanı 400-dən çox evə ziyan dəyib.

Qeyd edək ki, torpaq sürüşməsi Şamaxı şəhərində, eləcə də rayonun Çabanı, Mədrəsə, Meysəri, Birinci Çaylı, Muğanlı, Acıdərə və Qaleybuğurd kəndlərdə daha çox müşahidə olunur. Həmçinin, torpaq sürüşməsi yaşayış məntəqələri ilə yanaşı Şamaxı-Qızmeydan avtomobil yoluna da ciddi ziyan vurub. Yolun 4, 6 və 10-cu kilometrliyində baş verən uçqun nəticəsində bir hərəkət zolağında asfalt örtüyü tamamilə çöküb. Elə bu səbəbdən də avtomobillərin hərəkəti çətinləşib. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!