USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
YARAT-da "Aldanma" adlı ədəbi gecə və Eyyub Yaqubovun konserti olacaq

1 aprel, 2017 saat 19:00 –da YARAT Müasir İncəsənət Məkanı Sizi, müasir zamanın qeyri-müəyyənlikləri və illüziyalarına həsr olunmuş «Aldanma!» adlı ədəbiyyat gecəsinə dəvət edir.

ASAN Radio xəbər verir ki, tədbirdə Azərbaycanın əməkdar artisti Eyyub Yaqubov və onun yaradıcı kollektivi ilə birgə hazırlanmış xüsusi proqram təqdim olunacaq. Ədəbiyyat gecəsi çərçivəsində Eyyub Yaqubov ilk dəfə “Yıxılır dünya” mahnısının video klipinin sirli məqamlarını açıqlayacaq. Bununla yanaşı qonaqlar poeziya və musiqi parçalarından zövq ala biləcəklər. Tədbirin yekununda Eyyub Yaqubovun canlı konserti baş tutacaq.

Orxan Hüseynovun «Əziz Sevgilim» sərgisi gecənin ilham mənbəyidir.

Giriş sərbəstdir.

 

Proqram:

19:00 – 20:00

Səlim Babullaoğlu və Eyyub Yaqubovla musiqi klipinin və yaradıcılıq haqqında müzakirə

Məkan: 2-ci mərtəbə, zal

20:00 – 20:45

Müasir şairlərin çıxışları - Səlim Babullaoğlu, Qismət və Fərid Hüseyn

Məkan: 1-ci mərtəbə, sərgi otaqları

20:45 – 21:20

“Tapmacanın dadına bax” (qeyri-adi təamların dequstasiyası)

Məkan: 1-ci mərtəbə - kitabxana, 2-ci mərtəbə - giriş qapısı

21:30 – 22:15

İnstrumental musiqi ifaları

Məkan: 1-ci mərtəbə, sərgi zalı

22:00

Eyyub Yaqubovun canlı konserti

Məkan: 2-ci mərtəbə, zal

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!