USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ATU-da “31 mart soyqırımı günü” tədbiri keçirilib

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) Dünya Azərbaycanlılarının soyqırımına həsr edilmiş “Yara” sənədli filminin təqdimatı olub.

ASAN Radio ATU-ya istinadən xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmana əsasən 31 mart - Dünya Azərbaycanlılarının soyqırımı günü kimi qeyd olunur. Bununla bağlı bu gün ATU-da “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin üzvü, jurnalist Emil Lətifoğlunun layihəsi əsasında soyqırımı qurbanlarına həsr edilən “Yara” sənədli filmi universitetin professor-müəllim heyəti, xarici və yerli tələbələr, həm də dəvət olunmuş qonaqlar üçün nümayiş etdirildi.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri, Xocalıdan olan məcburi köçkün Ayna Allahyarqızı bir Xocalı sakini olaraq yaddaşına həkk olan hadisələrdən danışdı.

ATU-nun tədris işləri üzrə prorektoru professor Sabir Əliyev çıxış edərək, Azərbaycana qarşı törədilən soyqırımlar haqqında ümumi məlumat verdi. “Azərbaycan xalqı çox zülmlərə dözüb. Bu gün bizim üçün ən ağır günlərdən biridir. XX əsrdə Azərbaycan xalqının yaşadığı faciələri, soyqırımları, qətliamları demək olar ki, heç bir xalq yaşamayıb. Əgər biz keçən əsrin əvvəllərindən danışmağa başlasaq, 18-ci illərdə Azərbaycan xalqı soyqırıma, 48-ci ildə deportasiyaya məruz qalıb. 88-ci ildə xalqımız yenidən həm deportasiya, həm də faciəli günlər yaşayıb”.

“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu da həmin faciəli günlərlə bağlı yaşadıqlarını bölüşdü. Bildirdi ki, bu cür filmlərin çəkilməsi və nümayişi çox önəmlidir, xüsusən də gənclər belə filmərə baxmalı, faciə haqqında məlumatlı olmalıdırlar.

“Yara” sənədli filminin layihə rəhbəri, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov bir çox faktlara dayanaraq ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi amansızlıqlardan söz açdı.

Filmin ssenari müəllifi və rejissoru Emil Lətifov qeyd etdi ki, biz bu sənədli filmi çəkərkən, sanki yenidən o faciələri yaşadıq, ürək ağrısı ilə qəlbimizin süzgəcindən keçirirdik.

Tədbirdə ATU-nun insan anatomiyası kafedranın professoru, tibb üzrə elmlər doktoru Mübariz Allahverdiyev də çıxış edərək, bütövlükdə Azərbaycan xalqına və bütün bəşəriyyətə qarşı yönəldilmiş Xocalı soyqırımını öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktı adlandırdı. Hamını bu soyqırımı aktlarını unutmağa və işğal altında olan torpaqlarımızın azad edilməsi yolunda əllərindən gələni etməyə səslədi.

“Qafqaz media” İctimai birliyinin və eyni adlı saytın rəhbəri Hacı Azadə Taleh çıxış edərək, erməni vandalizmini lənətlədi və soyqırımına həsr etdiyi şeirini diqqətə çatdırdı.

Daha sonra ATU-nun tələbələri, II müalicə-profilaktika fakültəsinin I kurs 363a qrupu tələbəsi Nuranə Mənsimzadənin ifasında xalq şairi Cabir Novruzun “Sevin Azərbaycani” şeiri, tibbi-profilaktika fakültəsinin II kurs 627b qrupu tələbəsi Taleh Qasımovun ifasında xalq şairi Məmməd Arazın “Ayağa dur, Azərbaycan!” şeiri səsləndirildi.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!