USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan Ordusunun şəhid hərbçiləri dəfn olunur

Ötən gün cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olan əsgər Mehrəliyev Sarvan Natiq oğlu bu gün Ağdamın Üçoğlan kəndində dəfn olunub. Xocalı sakini olan əsgərin dəfnində Müdafiə Nazirliyinin, Ağdam və Xocalı rayon İcra hakimiyyətlərinin rəsmiləri, kənd sakinləri iştirak ediblər.

Erməni təxribatının qarşısı alınarkən şiddətli döyüşlərdə şəhid olan Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, Cəbrayıl rayonunun Veysəlli kəndindən məcburi köçkün, 22 yaşlı Ruhin Əşrəf oğlu Qəhrəmanov bu gün Biləsuvar rayonundakı 2 saylı məcburi köçkün qəsəbəsində dəfn olunub. APA-nın cənub bürosunun məlumatına görə, rayonun icra strukturlarının və ictimaiyyət nümayəndələrinin, yerli sakinlərin, şəhidin doğmalarının iştirak etdikləri vida mərasimində ailənin başçısı Əşrəf Qəhrəmanovun Qarabağ veteranı olduğu, iki oğlunun –Qəhrəman və Ruhinin ötən ilin noyabrından müddətdən artıq hərbi xidmət etdiyi bildirilib.

Şəhidin dəfni zamanı onun tabutuna çəkilmiş üçrəngli bayraq hərbçi qardaşı Qəhrəmana təqdim olunub. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!