USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Türkiyə Bakı Beynəlxalq Turizm Sərgisinə önəmli yeniliklər və məşhur simalarla qatılır

Sərgidə əsrarəngiz təbiətilə böyük turizm imkanlarina malik olan trabzonun milli folkloru önə çixarilacaq

ASAN Radio Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinə istinadən xəbər verir ki, aprelin 6-dan 8-dək Bakı Ekspo Mərkəzində XVI Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AITF 2017) öz işinə başlayır. Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan “Iteca Caspian” şirkətinin təşkilatçılığı ilə baş tutacaq tədbirə bu il Türkiyə bir sıra ciddi yeniliklərlə qatılır. Sərginin Türkiyə üzrə təşkilatçısı, Türkiyənin Azərbaycandakı səfirliyinə yeni təyin olunmuş mədəniyyət müşaviri, ölkəmizdə də geniş tanınan şair və alim İrfan Çiftçinin sözlərinə görə, bu il Türkiyə AITF 2017-də iştirak edəcək şirkət və qurumlarını mədəni fəaliyyətlərlə zənginləşdirəcək. İ.Çiftçi ölkəsinin turizm potensialını daha dolğun və rəngarəng şəkildə təqdim etmək məqsədilə Türkiyə Mədəniyyət və Turizm Naziliyinin başlıca təbliğat meyarlarına uyğun fəaliyyət planı hazırlayıb: “Azərbaycanda turizm sektorunda milli mədəni müxtəlifliyə, bölgə turizminə üstünlük verildiyini nəzərə alaraq budəfəki sərgidə təbiət turizmi və Qara dəniz mədəniyyətinin təbliğinə önəm verəcəyik”.

XVI Beynəlxalq Turizm və Səyahətlər Sərgisində Türkiyə əsrarəngiz təbiətilə böyük turizm imkanlarına malik olan Trabzonun yerli mədəniyyət və adət-ənənələrini, milli folklorunu önə çıxaracaq. Bu məqsədlə, digər şəhərlərdən fərqli olaraq, sərgidə geniş nümayəndə heyəti ilə iştirak edəcək Trabzonun tanıtımı ilə bağlı xüsusi proqram hazırlanıb. Sərgidə sözügedən bölgənin tanınmış kazaziyyə (əlvan metallarla əl işi sənəti) və kamança ustaları, xalq oyunları sənətçiləri, görkəmli teatr və musiqi qrupları iştirak edəcəklər. Onların arasında Türkiyəni xarici ölkələrdə uğurla təmsil edən ilk qadın ney ustası Burcu Karadağ, tanınmış teatr və kino aktyoru, “Zeytinburnu Gösteri Sanatları Merkezi”nin (Teatr Sənəti Mərkəzi) baş rejissoru Mehmet Usta da var.

Burcu Karadağın rəhbərlik etdiyi ney və digər musiqi alətləri ifaçılarından təşkil olunan “Karadağ Musiqi Ansamblı”nın – klassik türk musiqisi ilə Mövlanə Cəlaləddin Ruminin mürşidi Şəms Təbrizinin fəlsəfəsindən ilham alaraq “new agge” şərhlər – musiqidə müasir elementlərin vəhdətindən ibarət konserti, Mehmet Ustanın səhnələşdirdiyi “Perdeli Karagöz” və “Kavuklu-Pişekâr” tamaşaları sərgi iştirakçılarına zövqlu anlar yaşadacaq. Bundan əlavə, sərgi qonaqlarının istək və arzusu ilə klassik Osmanlı və müasir Türk üslubunda Ebru sənəti ustaları Ömer Faruk Dere və Emine Derenin hazırlayacağı rəsmlər tədbirə xüsusi rəng qatacaq.

Qeyd edək ki, bundan əvvəl keçirilən Bakı Turizm Sərgilərində də Türkiyə bölgə turizminin tanıtımı məqsədilə ayrı-ayrı şəhərləri önə çıxarmışdı. Bu il isə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi turizm firmaları ilə yanaşı, otellər birliyi, səyahat şirkətləri federasiyası kimi quruluşlardan ibarət 100-ə qədər təmsilçi ilə qatılacaq.

Bundan başqa, səfir Erkan Özoralın xüsusi dəstəyi ilə səfirliyin mədəniyyət müşavirliyi sərgidə iştirak edən Türk qurulurşlarıyla Azərbaycanın turizm təşkilat və şirkətləri arasında işguzar görüşlər keçirməyi planlaşdırıb.

Əlaqə üçün:

e-mail: [email protected]

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!