USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Sabahdan 16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi başlayır

Sabahdan Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər  “AITF 2017” sərgisi başlayacaq.

ASAN Radionun xəbərinə görə, “Iteca Caspian” şirkətinin direktoru Fərid Məmmədov b u gün keçirilən mətbuat konfransında deyib ki, 2017-ci ildə sərgi dünyanın 20 ölkəsini təmsil edən 272 şirkəti bir araya toplamaqla, 90-dan artıq müxtəlif xarici turizm istiqamətini, eləcə də ölkə daxilində istirahət imkanlarını yenidən ziyarətçilərə təqdim edəcək.

Sərgidə 17 milli və regional stendin təmsil olunduğunu deyən F. Məmmədov bildirib ki, bu il sərgidə müxtəlif turizm istiqamətləri, hava yolları və mehmanxana şəbəkələri, eləcə də turizm sahəsinin digər xidmət növləri təqdim olunacaq. İtirakçılar arasında Azərbaycan, İtaliya, İsveçrə və bir sıra digər ölkələri təmsil edən şirkətlər yer alır: “Sərgidə milli və regional stendlər də iştirak edir. Belarus, Çexiya, Dominikan Respublikası, Gürcüstan, Mərakeş və Tailand kimi ölkələr sərgidə milli stend, Sloveniya və Stavropol vilayəti isə regional stendlə iştirak edəcək. Hər il sərgiyə yeni-yeni iştirakçılar qoşulur. Bu il ilk dəfə Kolumbiya və Kubanın Azərbaycandakı səfirliklərinin dəstəyi ilə Kolumbiya və Kuba kimi ölkələr öz turizm imkanlarını Azərbaycan sərgisində nümayiş etdirəcəklər. Xarici debütantlar arasında Böyük Britaniya, İtaliya və Çini təmsil edən turizm şirkətlərini qeyd etmək olar”.

Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev isə  bildirib ki, 16-cı dəfə keçiriləcək bu sərgi turizm bazarı, dövlət strukturları və həm yerli, həm də regional turizm təşkilatlarının, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələrini növbəti dəfə bir arada toplayacaq. Onun sözlərinə görə, turizm ölkə iqtisadiyyatının perspektivli sahələrindən biridir: “AITF sərgisi hər il Azərbaycanda turizm bazarının imkanlarını nümayiş etdirməklə, ölkənin daxili turizm sektorunun inkişafında yaxından iştirak edir. Bu sərgi Azərbaycan turizm potensialını xarici iştirakçılara əyanı şəkildə nümayiş etdirir. Qeyd edə bilərik ki, 2016-cı ildə Azərbaycanı 2 milyon 242 min 783 turist ziyarət edib. Bu da 2015-ci ilin göstəricisi ilə müqayisədə 11,7% çoxdur”.

Sərginin meneceri Cəmilə Quliyeva isə bildirib ki, xarici eksponentlər arasında Böyük Britaniya, Rusiya, İtaliya, Çin, Türkiyə və Ukraynanı təmsil edən debutant şirkətlər də yer alır. O əlavə edib ki, debütantlar “AİTF” iştirakçıların 34%-ni təşkil edir.

Qeyd edək ki, 6-8 aprel tarxlərində Bakı Ekspo Mərkəzində təşkil olunacaq “AITF” sərgisi ilə yanaşı, regionda otel və restoran sənayesinin yeganə ixtisaslaşmış tədbiri olan 11-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar “Horex Caucasus 2017” sərgisi keçiriləcək. Sərgi aprelin 6-8-də yalnız turizm peşəkarları, aprelin 8-dən isə sərgi yerində turn bron etmək imkanı olan geniş ictimaiyyət üçün açıq olacaq. Sərgi çərçivəsində vorkşop keçiriləcək və bu tədbir aparıcı yerli turizm şirkətləri ilə işgüzar əlaqələr qurmaq və vasitəçi olmadan birbaşa danışıqlar aparmaq imkanı yaradacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!