USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Rusiya XİN aprel döyüşlərinin ildönümü ilə bağlı bəyanatla çıxış edib

Rusiya Xarici İşlər Nazirliyi (XİN) ötən ilin aprel ayında Dağlıq Qarabağda münaqişənin eskalasiyasının ildönümü ilə bağlı bəyanatla çıxış edib.

ASAN Radionun məlumatına görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə ATƏT-in Minsk qrupu həmsədrləri və beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ regionunda, Ermənistan-Azərbaycan sərhədində qoşunların təmas xəttində aprel eskalasiyasından sonra vəziyyətin stabilləşməsi üçün aktiv səylər göstərildiyini bildirib.

Onun sözlərinə görə, həmsədrlər və digər vasitəçilər tərəflərin danışıqlar prosesinə qayıtması üçün əllərindən gələni ediblər: "2016-cı ilin Vyana və Sankt-Peterburq sammitləri bu münaqişənin nizamlanmasına həsr olunub. Ümid edirik ki, tərəflər danışıqlar masasına qayıdacaq, dayanıqlı nizamlanmaya istiqamətlənən dialoqu bərpa edəcəklər".

M. Zaxarova bu istiqamətdə işin davam etdirildiyini də bildirib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!