USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Rayon maşınlarına yenidən qadağa qoyulur

IV İslam Həmrəyliyi Oyunları dövründə rayon avtomobillərinin Bakıya daxil olmasına müəyyən məhdudiyyətlər qoyulacaq. 

ASAN Radio xəbər verir ki, məhdudiyyətlər may ayının 1-dən 25-dək davam edəcək. Rayondan gələn nəqliyyat vasitələri paytaxtın şimal girişində, Bakı-Sumqayıt yolunun 16-cı kilometrliyində, cənubdan isə Lökbətan dairəsi yaxınlığında, ''Bakı-2015'' Avropa Oyunları öncəsi yaradılmış dayanacaqda saxlanılacaq.

Amma bu o anlama gəlmir ki, rayondan gələn şəxslər şəhərə girə bilməyəcəklər. Həmin şəxslər avtomobili xüsusi mühafizə olunan dayanacaqda saxlayıb, ictimai nəqliyyatla şəhərin istənilən yerinə gedə bilərlər.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, məhdudiyyət Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komisiyasının qərarı ilə saat 7:30-dan 21:00-qədər qüvvədə olacaq.

Oyunlar ərəfəsində gecə paytaxta girib gündüz şəhərdə hərəkətdə olan rayon qeydiyyatlı avtomobillər xidmətdə olan polis əməkdaşları tərəfindən hərəkətdən kənarlaşdırılaraq müvəqqəti duracağa qoyulacaq. Heç bir cərimə yazılmadan axşam vaxtı həmin nəqliyyat vasitəsi şəhərdən çıxarılacaq. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!