USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident İlham Əliyevin ABŞ-a səfəri tarixi bir səfər oldu

“Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-da Nüvə Təhlükəsizliyi Sammitinə səfəri sanki Azərbaycan-ABŞ arasında ikiərəfli əməkdaşlıq səfərinə çevrildi. Bu, tarixi bir səfər oldu”. Bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov AzTv-ə müsahibəsində deyib.

N.Məmmədov bildirib ki, orada ABŞ rəhbərlərinin əsas diqqəti Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərə həsr olunmuşdu.

PA rəsmisi vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ-ın vitse-prezidenti Co Bayden, Dövlət Katibi Con Kerri arasında ayrılıqda görüşlər keçirildi, o cümlədən Prezident İlham Əliyev ABŞ-ın digər mühüm fiqurları, konqresmenləri və ictimaiyyət nümayəndələri ilə görüşlər keçirdi.

N.Məmmədov bildirib ki, Ermənistan rəhbərliyi bunu izləyirdilər, görürdülər: “Ermənistan tərəfi də bundan həddən artıq böyük narahatlıq keçirirdilər”.

N.Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin ABŞ-da görüşlərindən narahat olan ermənilər cəbhədə təxribatlara əl atırlar: “Amma düşünürəm ki, bu bizim üçün “…. bir karvan keçər” atalar misalıdır. Azərbaycan öz xarici siyasətində də, daxili siyasətində də müstəqil bir dövlət kimi öz maraqlarını qorumağı bacarır”.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!