USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Stavropol qubernatoru: “Medvedev Kislovodskda sanatoriya layihəsinin azərbaycanlı investorlara həvalə edilməsini tapşırıb”

Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ASAN Radio xəbər verir ki, görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu bildirilib, ölkəmizin Rusiyanın ayrı-ayrı regionları ilə əməkdaşlığının önəmi vurğulanıb, Azərbaycanın Stavropol vilayəti üçün ticarət və iqtisadi əməkdaşlıq baxımından ən vacib tərəfdaş ölkə olduğu qeyd edilib.

Dövlət başçısı V. Vladimirovun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərindən və XVI Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştirakından məmnunluğunu ifadə edib. Stavropol vilayətinin Beynəlxalq Turizm və Səyahətlər Sərgisində bir neçə dəfə iştirak etdiyini vurğulayan prezident İlham Əliyev ötən dövr ərzində Stavropol vilayətində turizmin daha da inkişaf etdiyini bildirib.

Turizmin cəlbedici investisiya sahəsi olduğunu vurğulayan V. Vladimirov rəhbərlik etdiyi vilayətdə artıq 5 sanatoriyanın inşasına başlanıldığını və bu layihələrdən birinin Azərbaycandan olan investorlar tərəfindən həyata keçirilməsini məmnunluqla vurğulayıb. O bildirib ki, Rusiyanın baş naziri Dmitri Medvedev Stavropolda olarkən həmin sanatoriyanın inşasını yüksək qiymətləndirib və Kislovodskda növbəti bir layihənin azərbaycanlı investorlara həvalə edilməsi ilə bağlı tapşırıq verib.

Azərbaycanlı investorlar tərəfindən həyata keçirilən bu layihələrin yüksək səviyyədə icra olunduğunu vurğulayan prezident İlham Əliyev bunu əməkdaşlığımızın yaxşı nümunəsi kimi dəyərləndirib. 

Söhbət zamanı yeni inşa olunan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi vasitəsilə Stavropoldan kənd təsərrüfatı məhsullarının xarici bazarlara çatdırılmasının əhəmiyyəti vurğulanıb, Azərbaycan ilə Rusiyanın Stavropol vilayəti arasında əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən turizm sektorunda daha da inkişaf etdirilməsi üçün böyük potensialın və qarşılıqlı marağın olduğu qeyd edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!