USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Yaşar Aydəmirov: Azərbaycan Ordusunun düşmənə cavabı çox kəskin olacaq

Azərbaycan Ordusunun yaşayış məntəqəmizi atəşə tutan düşmənə cavabı çox kəskin olacaq.

ASAN Radionun məlumatına görə, bu fikri AZƏRTAC-a sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov aprelin 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin 60 millimetrlik minaatanlardan istifadə edərək Tərtər rayonunun Qapanlı kəndini atəşə tutmalarına münasibət bildirərkən deyib.

Y.Aydəmirov bildirib ki, Qapanlı təmas xəttinə ən yaxın kəndlərdən biridir. Ermənilər son vaxtlar yenə atəşkəs rejimini 100 dəfədən çox pozmağa başlayıblar. İndi təmas xəttinə lap yaxın olan kəndlərdə atəşkəsi pozurlar ki, yerli əhaliyə təsir etsinlər. Lakin Qapanlı kəndinin sakinləri heç vaxt doğma yurdlarını tərk etməyəcəklər.

“Ermənilər keçən ilin aprelində də ön xətdə gərginlik yaratmağa, təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmağa başladılar. Əvvəlcə iriçaplı silahlarla, artilleriya, reaktiv yaylım sistemləri ilə mövqelərimizi, sonra isə yaşayış məntəqələrimizi atəşə tutdular. Amma heç bir nəticə əldə edə bilmədilər, üstəlik layiqli cavab aldılar. Ermənistanda seçkilər keçiriləndən dərhal sonra bizim ön xəttə yaxın məsafədə yerləşən yaşayış məntəqələrimizi yenidən atəşə tutmağa başlayıblar. Qapanlı da həmin kəndlərdən biridir. Qapanlını atəşə tutmaqda məqsəd əhalini qorxutmaq, vətəndaşlar arasında ruh düşkünlüyü yaratmaqdır. Lakin düşmən bu istəyinə nail ola bilməyəcək. Digər tərəfdən, Ermənistan rəhbərliyi bununla ölkə əhalisini guya Azərbaycanın atəşkəsi pozduğuna inandırmağa, ön xətdə gərginliyə nail olmağa çalışaraq, cəmiyyətdə narazılığı yumşaltmağa cəhd göstərir. Lakin Azərbaycan ordusu düşmənin öz istəyinə çatmasına imkan verməyəcək”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!