Hindistan prezidenti Pranap Mukherci Azərbaycanın dövlət başçısı İlham Əliyevə məktub göndərib.
ASAN Radio xəbər verir ki, məktubda deyilir:
“Bu il fevralın 28-də Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə Zati-alinizə və Azərbaycan Respublikasının xalqına səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq duyuram. Şadam ki, bu 25 il ərzində ikitərəfli səmimi münasibətlərimiz yaxşı inkişaf edib. Bütün sahələrdə genişlənən bu münasibətlərimiz və siyasi, iqtisadi, enerji, mədəni sahələrdə əməkdaşlığımız, habelə insanlar arasında fikir mübadiləsi qarşılıqlı faydalı olub və hər iki regionda sülh, sabitlik və inkişafa əhəmiyyətli töhfə verib. Hindistanın Azərbaycan ilə çoxşaxəli əlaqələrinin qarşıdakı illərdə daha da möhkəmlənəcəyinə və yeni-yeni zirvələr fəth edəcəyimizə səmimiyyətlə inanır və gələcəyə ümidlə baxıram. Zati-aliləri, Sizə möhkəm cansağlığı və firavanlıq, həmçinin Azərbaycan Respublikasının xalqına davamlı tərəqqi və rifah arzularımı çatdırmaq istərdim. Zati-aliləri, ən dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!