USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Yusif Səfərov küçəsi yeni görkəmdə sürücülərin istifadəsinə verildi

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etməklə sıxlığın aradan qaldırılması istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində Yusif Səfərov küçəsinin Heydər Əliyev prospektindən Afiyəddin Cəlilov küçəsi istiqamətinə olan hissəsi də təmir edilərək sürücülərin istifadəsinə verilib.

ASAN Radio xəbər verir ki, bununla da 1.25 km uzunluğunda olan Yusif Səfərov küçəsi hər iki istiqamət üzrə tam olaraq yenidən qurulub.

Küçə boyu aparılan yenidənqurma çərçivəsində genişləndirmə işləri aparılıb. Mövcud yol ayrıcının eninin kiçildilməsi nəticəsində yol 5 hərəkət zolağından 6 hərəkət zolağına qədər genişləndirilib. Yol ayrıcının 2 min m2 sahəsinə tamet daşlar döşənib, yaşıllaşdırma və abadlıq işləri aparılıb, kənarına isə 2500 p/m yeni səki daşı düzülüb.

Bundan başqa küçənin köhnə asfalt-beton örtüyün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə yeni asfalt-beton örtük döşənib. Asfaltlanma işləri təqribən 60 min m2 sahəni əhatə edib.

Asfaltlanma işləri bitdikdən sonra yolcizgi və yolgöstərici xətlər çəkilib, zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb. Bundan başqa küçə boyu ümumi istifadədə olan avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə yolun sağ hissəsində xüsusi hərəkət zolağı ayrılaraq müvafiq nişanlama xətləri və nişanlarla təmin edilib.

Qeyd edək ki, bir müddət bundan öncə Yusif Səfərov küçəsinin 28 may küçəsi ilə kəsişməsindən Afiyəddin Cəlilov küçəsi ilə kəsişməsinədək olan hissəsində hər iki istiqamət üzrə yenidənqurma işləri aparılaraq yekunlaşdırılıb.

Belə ki, yenidənqurma işləri çərçivəsində küçənin sözügedən hissəsində yol ayrıcında söküntü işləri aparılıb. Həmin hissədə yol hər iki istiqamət üzrə 3 hərəkət zolağından 5-6 hərəkət zolağına qədər genişləndirilib.

Bundan başqa Afiyəddin Cəlilov küçəsi ilə kəsişmədə olan geri dönmə hissə ləğv edilib. Bunun əvəzinə 28 may küçəsi ilə kəsişməyə yaxın ərazidə yeni geri dönmə hissə yaradılıb.

Təbii ki, Yusif Səfərov küçəsinin yenidən qurulması sözügedən ərazidə sıxlığın azalmasına, şəhər mərkəzinə doğru və əksinə bu istiqamətdən giriş-çıxışının rahatlaşmasına gətirib çıxarıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!