USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanlı alim ilk dəfə olaraq beynəlxalq One World Award müsabiqəsinin laureatı seçilib

Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin direktoru, kənd təsərrüfatı elmləri doktoru, professor Amin Babayev beynəlxalq One World Award (Vahid Dünya Mükafatı) müsabiqəsinin laureatı seçilib. Alim son 20 ildə Azərbaycanda ekoloji kənd təsərrüfatı hərəkatının inkişafına, bu sahənin ölkəmizdə təşviqi və tətbiqinin elmi əsaslarının işlənilməsinə, hüquqi bazasının və informasiya-məlumat bankının yaradılmasına, həmçinin yüksəkixtisaslı kadrların hazırlığına verdiyi töhfələrə görə Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyası (IFOAM) və Almaniyanın RAPUNZEL şirkətinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin ilkin qiymətləndirmə mərhələsində dünya üzrə seçilmiş beş laureat arasında yer alıb.

ASAN Radio AMEA-ya istinadla xəbər veriri ki, professor Amin Babayevin Azərbaycandakı fəaliyəti ilə tanış olmaq məqsədilə  IFOAM təşkilatı və RAPUNZEL şirkətinin nümayəndələri ölkəmizdə səfərdədirlər. Aprelin 13-dək davam edəcək səfər çərçivəsində Bakı, Gəncə və Qaxda bir sıra görüşlər keçiriləcək, qonaqlar alimin elmi və pedoqoji fəaliyyəti ilə tanış olacaqlar.

2004-cü ildən etibarən iki ildən bir keçirilən müsabiqənin qalibləri dünya üzrə ekologiya, iqtisadiyyat və sosial sahələrdə ən mühüm nailiyyətlərin xüsusi meyarlar əsasında qiymətləndirilməsi yolu ilə müəyyənləşdirilir. Cari müsabiqənin mükafatlandırma mərasimi bu ilin sentyabrında Almaniyada baş tutacaq.

Qeyd edək ki, professor Amin Babayev bundan əvvəl BMT-nin Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyasının M.V.Lomonosov adına ordeninə və Əməkdar Elm Xadimi adına layiq görülüb. Alim IFOAM, Avropa Bitkiçilik üzrə Tədqiqatlar Assosiasiyası (EUCARPIA), Amerika Torpaqşünaslar Cəmiyyəti (SSSА) və Amerika Aqronomlar Cəmiyyəti (ASA) təşkilatlarının  üzvüdür.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!