USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İslam Oyunlarına gələnlərə Şah İsmayılın, Şah Qacarın yediyi təamlar təklif ediləcək

Mayın 12-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Müsəlman ölkələrindən gələn idmançılar 10 gün ərzində 20 müxtəlif idman növü üzrə yarışacaqlar. Yarışlarda 55 ölkədən 4 minə yaxın idmançının iştirakı gözlənilir.

Paytaxt Bakıda yarışlar zamanı ölkəyə gələn turistlərin rahatlığının təmin olunması üçün hər bir şərait yaradılıb. Oyunlar həm də ölkəmizin təbliğatı baxımından əhəmiyyətlidir.

Kulinarlarimiz Azərbaycan mətbəxinin tanıdılması üçün yaranmış fürsətdən səmərəli istifadə etmək, mətbəximizi dünyaya təbliğ etmək üçün müxtəlif hazırlıqlar görməyi planlaşdırır.

ASAN Radionun xəbərinə görə, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru, UNESCO-nun Ənənəvi Qida Komitəsinin rəhbəri Tahir Əmiraslanov deyib ki, Azərbaycana gələn turistlərin yüksək səviyyədə qarşılanması üçün “Xanədan” restoranında hər cür şərait var. “Əvvəllər bizdə daş qazanlar yox idi. Hazırda xörəklər daş qazanlarda bişirilir. Gildə toyuq hazırlanır. Həmçinin, limon dolmasının bişirilməsini bərpa etmişik. Qeyd edim ki, limon dolması iki günə hazırlanır. Bunlarla yanaşı, əvvəlki yeməklərimiz, həmçinin bərpa olunmuş yeməklər də menyuda yer alıb”,- deyə baş kulinar vurğulayıb.

Hər bir restoranın öz menyusu, öz stili olduğunu bildirən T.Əmiraslanov deyib: “İslam Oyunlarına gələnlərə Şah İsmayılın, Qacarın yediyi təamları təklif edəcəyik. “Xanədan”da Azərbaycanın tarixi yeməkləri olacaq. Şah İsmayıl Xətainin, I Şah Abbasın, Şah Qacarın yeməkləri əvvəlki kimi menyumuzda qalmaqdadır. Kim tarixi xörəklərimizin dadına baxmaq istəyəcəksə, biz onlara lazımi xidmət göstərəcəyik”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!