USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“YARAT”ın daimi kolleksiyasında olan əsərlər “Zamanın izləri”də nümayiş olunacaq

Aprelin 14-də Qusar Dövlət Rəsm Qalereyasında “YARAT” Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə fotoqrafiya və rəngkarlıq sahələrində çalışan yerli və regionun müasir rəssamlarının əsərlərindən ibarət sərgi açılacaq.

ASAN Radio xəbər verir ki, “Zamanın izləri” adlı sərginin ekspozisiyasına daxil olan əsərlər “YARAT”ın daimi kolleksiyasına aiddir.

Sərgi nəzərdən qaçırılmış və istənilmədən unudulmuş gündəlik həyatımızın bayağılığını dəyərləndirməyə çağırır. Həmçinin, sərgi müxtəlif təsviri sənət sahələrində çalışan yerli və xarici müasir rəssamların ətrafında hər dəqiqə baş verənləri müşahidə etmək üçün yeni üslublar təklif edir.

Sərgidə Azərbaycanın tanınmış gənc fotoqrafları Sənan Ələsgərovun “Sadəliyin şəffaflığı”, İlkin Hüseynovun “Rəngləri xatırlayaraq” fotosilsilələri, Sitara İbrahimovanın “Oğlan yaxşı, qız belə” foto və video layihəsi, gənc rəssamlar Fərid Rəsulovun “Memarlıq dixatomiyası” silsiləsinə aid bir əsəri, Ramal Kazımın əlli rəsmdən ibarət “Adsız” kollajı, Orxan Hüseynovun “Sovetski atelyesi” videosu, Rəşad Babayevin qarışıq texnika ilə hazırlanmış “Poetik heykəl” adlı heykəli, rusiyalı Olqa Çernışovanın “Ekranlar” adlı video əsərlər silsiləsi, Vyanada yaşayıb-yaradan türkiyəli Nilbar Güreşin “Qapısı açıq telefon köşkü” və Berlində yaşayıb-yaradan türkiyəli Nevin Aladağın “Beş daş oyunu” fotosilsilələri nümayiş olunacaq.

İyulun 10-dək davam edəcək sərgiyə giriş sərbəstdir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!