USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Marneulidə Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevə həsr olunmuş filmin təqdimatı olub

Bu gün Gürcüstanın Marneuli rayonunda Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevə həsr olunmuş sənədli filmin təqdimatı olub.

ASAN Radio "Report"un Gürcüstan bürosuna istinadən xəbər verir ki, mərasimdə Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənov, Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili, Gürcüstan parlamentinin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva tədbiri açdıqdan sonra, Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib. Azərbaycan və gürcü xalqları arasındakı dostluq əlaqələrindən, oxşar xüsusiyyətlərdən danışan natiq deyib ki, bu gün hər iki ölkənin ərazisi işğal olunub. O, hər iki ölkənin torpaqlarının tezliklə azad olunacağına əminliyini ifadə edib.

Ə.Amaşov bildirib ki, Mətbuat Şurası ilə ATXƏM-in birgə hazırladığı,  tarixə 4 günlük müharibə kimi düşən bu film, əslində Azərbaycan Ordusunun qüdrətini bir daha nümayiş etdirdi. 

Sonra filmin nümayişi olub. Filmdə Azərbaycan Ordusunun qüdrətindən, xalqımızın mübarizlik əzmindən geniş danışılır. Filmdə Milli qəhrəman Murad Mirzəyevin keçdiyi şərəfli həyat yolu, hərbi xidmət dövrü, döyüş ruhu, bacarıqlı komandirlik təcrübəsi geniş təhlil olunur. Filmdə Milli qəhrəmanın 2016-cı ilin aprel döyüşlərindəki qəhrəmanlığının ayrı-ayrı aspektləri filmin süjet xəttini təşkil edir. 

Sonra Gürcüstan parlamentinin deputatları Tamaz Naveriani, Ruslan Hacıyev, Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, gənclərdən Elşən Çobanov çıxış edib, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin qəhrəmanlığından, ölməzliyindən danışıblar. Şəhidlərimizin əziz xatirəsinin ürəklərdə daim yaşayacağı, torpaqlarımızın işgaldan azad olunacağı xüsusi qeyd olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!